Bakıda Çinin "İrs Keşikçisi" sənədli filminin Azərbaycan dilində nümayişi oldu

Bakıda Çinin "İrs Keşikçisi"  sənədli filminin Azərbaycan dilində nümayişi oldu
14 avqust 2026
# 16:00

Bakıda Çin Xalq Respublikasının Sədri Si Cinpinin Çinin mədəni irsinin qorunması və inkişafına verdiyi töhfələrə həsr olunmuş “İrs Keşikçisi” (“The Heritage Guardian”) sənədli filminin Azərbaycan dilində dublyaj edilmiş versiyasının təqdimatı və xüsusi nümayişi keçirilib.

APA xəbər verir ki, tədbir Çin Media Qrupu (CMG) və Çinin Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey çıxışında sənədli filmin ərsəyə gəlməsinin əhəmiyyətindən danışıb, Çin-Azərbaycan arasında mədəni əlaqələrin və qarşılıqlı anlaşmanın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Lu Mey bildirib ki, “İrs keşikçisi” sənədli filminin Azərbaycan dilində yayımlanmasının şahidi olmaqdan böyük məmnunluq duyur.

Səfir qeyd edib ki, Çin və Azərbaycan qədim tarixə və zəngin sivilizasiyaya malik ölkələrdir. Onun sözlərinə görə, iki min ildən artıq bundan əvvəl qədim İpək Yolunda Çin və Azərbaycan xalqları qarşılıqlı əlaqə, mübadilə və bir-birindən öyrənmə yolunda ilk addımlarını atıblar.

“Son illərdə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin strateji rəhbərliyi ilə Çin-Azərbaycan münasibətləri hərtərəfli şəkildə inkişaf edərək, yeni mərhələyə qədəm qoyub və hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bununla da, iki ölkə arasında əməkdaşlığın inkişafında yeni tarixi səhifə açılıb”, – diplomat vurğulayıb.

Təqdimatda bildirilib ki, “İrs keşikçisi” Çin Media Qrupunun hazırladığı xüsusi layihədir. Sənədli film Si Cinpinin zəngin Çin ənənəvi mədəniyyətinin qorunması və inkişaf etdirilməsi ilə bağlı yanaşmalarını, tarixi-mədəni irsin gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən fəaliyyəti əks etdirir. Sənədli filmdə Çinin qədim tarixi və zəngin mədəni irsi, tarixi abidələrin qorunması, bərpası və müasir dövrdə inkişaf etdirilməsi ilə bağlı nümunələr də nümayiş etdirilir.

# 644 dəfə oxunub

Oxşar xəbərlər

Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

14:45 12 sentyabr 2026
Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

13:30 12 sentyabr 2026
Məşhur müğənni beynindən əməliyyat olundu

Məşhur müğənni beynindən əməliyyat olundu

13:00 12 sentyabr 2026
Elmi-kütləvi serial “Netflix”də yayımlanacaq

Elmi-kütləvi serial “Netflix”də yayımlanacaq

12:30 12 sentyabr 2026
Hikmət Hacıyev: "İşğal illərində tarixi abidələr “bərpa” adı altında xarici müdaxilələrə məruz qalıb"

Hikmət Hacıyev: "İşğal illərində tarixi abidələr “bərpa” adı altında xarici müdaxilələrə məruz qalıb"

11:53 12 sentyabr 2026
Cem Yılmaz əsa ilə yeriyəcək - Əməliyyatdan sonra

Cem Yılmaz əsa ilə yeriyəcək - Əməliyyatdan sonra

11:30 12 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər