Zemfira Səfərova haqqında kitab çapdan çıxdı

Zemfira Səfərova haqqında kitab çapdan çıxdı
1 fevral 2024
# 17:30

“Akademiyanın həqiqi və müxbir üzvləri akademik Zemfira Səfərova haqqında” adlı kitab nəşr olunub.

Kulis.az xəbər verir ki, kitabda AMEA Memarlıq və İncəsənət İnstitutunun “Musiqi tarixi və nəzəriyyəsi” şöbəsinin müdiri, Əməkdar elm və incəsənət xadimi, Şöhrət ordenli, AMEA-nın həqiqi üzvü Zemfira Səfərova haqqında akademiyanın həqiqi və müxbir üzvləri, Azərbaycanın görkəmli bəstəkarı, SSRİ Xalq artisti, akademik Qara Qarayev, SSRİ Xalq artisti, AMEA-nın müxbir üzvü Fikrət Əmirov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Xalq yazıçısı, akademik Mirzə İbrahimov, akademik Firudin Köçərli, akademik Tofiq Hacıyev, akademik Rasim Əfəndiyev, akademik Bəkir Nəbiyev, akademik Rafael Hüseynov və AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin müxtəlif illərdə kitablarda, məcmuələrdə, qəzetlərdə dərc edilmiş fikir və düşüncələri yer alıb.

Kitabın “Ön söz” müəllifi AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə, kompüter tərtibçisi şöbənin kiçik elmi işçisi Tutu Hüseynovadır.

# 2246 dəfə oxunub

Oxşar xəbərlər

"İlin ən yaxşı opera teatrı" bəlli oldu

"İlin ən yaxşı opera teatrı" bəlli oldu

17:44 23 noyabr 2026
Kandinskinin tablosu 85,7 milyon dollara satıldı

Kandinskinin tablosu 85,7 milyon dollara satıldı

17:38 23 noyabr 2026
Futbolçunun tövsiyəsi Tolstoyu bestseller etdi - 140 illik əsər yenidən gündəmdə

Futbolçunun tövsiyəsi Tolstoyu bestseller etdi - 140 illik əsər yenidən gündəmdə

17:06 23 noyabr 2026
"Matrix" beşinci film ilə ekranlara qayıdacaq

"Matrix" beşinci film ilə ekranlara qayıdacaq

16:32 23 noyabr 2026
Billi Cin Kinqin həyatından bəhs edən sənədli film yayımlandı

Billi Cin Kinqin həyatından bəhs edən sənədli film yayımlandı

15:41 23 noyabr 2026
Tanınmış müğənninin konserti ləğv olundu - Səbəb

Tanınmış müğənninin konserti ləğv olundu - Səbəb

15:08 23 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər