“Zəfər Yolu” kitabı nəşr olundu

"Zəfər Yolu" kitabı

"Zəfər Yolu" kitabı

27 yanvar 2022
# 11:50

“Zəfər Yolu” kitabı Azərbaycan və ingilis dillərində nəşr olunub.

Bu barədə Kulis.az-a kitabın həmmüəllifi Vüqar Şahinoğlu məlumat verib. Kitabın giriş hissəsində Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun parlaq qələbəsindən və xalqımızın 44 günlük savaş ərzində neçə birlik nümayiş etdirməsindən danışılır, “Zəfər yolu” adlı bu kitap zəfərdən bəhs edir. 30 il torpaq həsrəti ilə yaşayan bütün azərbaycanlılar bu zəfəri, bu sevinci gözləyirdi. Bizim savaş haqq savaşı idi. Ali baş komandanımız, Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət, Azərbaycanın müzəffər ordusunun şücaəti, cəsarəti sayəsində torpaqlarımız işğaldan azad olundu, 44 günlük mücadiləmiz qələbə ilə nəticələndi. Qalibiyyətimizin sevinci bu kitabda tərənnüm olunub.

Qeyd edək ki, kitabın müəllifləri Azərbaycan Yazıçılar birliyinin üzvü, prezident təqaüdçüsü tanınmış yazar İradə Əlili və müstəqil jurnalist Vüqar Şahinoğludur. Burada 15-ə qədər Qarabağdan olan məcburi köçkün olmuş tanınmış media və ictimaiyyət nümayəndələrinin, o cümlədən digər peşə sahiblərinin işğaldan azad edilmiş torpaqlar haqqında fikirləri öyrənilib, müsahibələr hazırlanıb. Kitabın ön sözünü Cəbrayıldan seçilən millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovdur. Kitabın redaktoru Əməkdar jurnalist Elnarə Dərziyeva, məsləhətçiləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının əməkdaşı Azadə Novruzova, Niderland-Belçika koordinasiya şurasının əlaqələndirici üzvü İlkanə Yusifova, tərcüməçi Xəyalə Qurbanova, korrektorlar Səadət Tanrıverdiyeva, Ləman Bağırlı, Dizayneri Leyla Babazadədir. Kitabın, istisna hal baş verməzsə, təqdimat mərasiminin 2022-ci ilin ilk ayında Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilməsi planlaşdırılır. Həmçinin "Zəfər Yolu" kitabının yaxın zamanlarda Türkiyə türkcəsində dərc edilməsi gerçəkləşəcək. Nəşri Türkiyə türkcəsinə çevirən isə Bakı Dövlət Universitetinin müəlliməsi, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Ələkbərovadır.

Kitab satış üçün nəzərdə tutulmayıb, aidiyyəti üzrə dövlət qurumlarına, Azərbaycanın xarici ölkədəki səfirliklərinə, diaspor təşkilatlarına təqdim ediləcək.

Qeyd edək ki, kitabın Ukraynada çap olunması da nəzərdə tutulub.

# 2651 dəfə oxunub

Oxşar xəbərlər

Ziyalı kasıblığına nifrət edən, sistemin toxuna bilmədiyi yazıçı

Ziyalı kasıblığına nifrət edən, sistemin toxuna bilmədiyi yazıçı

18:32 19 dekabr 2025
Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunan elmi konfrans keçirildi

Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunan elmi konfrans keçirildi

18:15 19 dekabr 2025
Meyxanaçı Kərimin dəfn ediləcəyi yer məlum oldu

Meyxanaçı Kərimin dəfn ediləcəyi yer məlum oldu

17:41 19 dekabr 2025
Səməd Vurğun  bu şeiri Cavidə yazıb: "...şarlatan"  - Azər Turanla müsahibə

Səməd Vurğun bu şeiri Cavidə yazıb: "...şarlatan" - Azər Turanla müsahibə

17:34 19 dekabr 2025
Bu qəzetlər üçün kağız norması müəyyənləşdi

Bu qəzetlər üçün kağız norması müəyyənləşdi

17:10 19 dekabr 2025
Meyxanaçı Ağakərim vəfat etdi

Meyxanaçı Ağakərim vəfat etdi

16:28 19 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər