Yeni nəşrlərin vahid elektron reyestrinin yaradılması təklif olundu

Yeni nəşrlərin vahid elektron reyestrinin yaradılması təklif olundu
10 iyun 2026
# 12:49

Yeni nəşrlərin vahid elektron reyestrinin yaradılması təklif olunub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, belə təkliflə Milli Məclisin Mədəniyyət komitəsinin bu gün təşkil etdyi “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə deputat Elnarə Akimova çıxış edib.

Deputat deyib ki, “Kitabxana işi haqqında" qanuna əsasən, nəşriyyatlar çap etdikləri kitabların müəyyən sayda məcburi nüsxələrini dövlət tərəfindən müəyyən edilmiş kitabxanalara təqdim etməlidirlər:

“Neçə illərdir bu tələblər bir çox hallarda tam yerinə yetirilmirdi. Mədəniyyət Nazirliyinin mənim də bir neçə dəfə eksperti olduğum Nəşrləri Satınalma Komissiyası tərəfindən bu iş uğurla reallaşdırılıb. Bununla belə, çap olunan kitabın oxucuya çatdırılması, təqdimatların təşkili, kitabxanaların və təhsil müəssisələrinin məlumatlandırılması sistemli şəkildə həyata keçirilməlidir. Xüsusilə, bölgə kitabxanalarında yeni nəşrlərin, uşaq və yeniyetmə ədəbiyyatının çatışmazlığı müşahidə edilir. Bir çox məktəb və kitabxanalarda uşaqlar müasir Azərbaycan uşaq yazarlarının əsərləri ilə kifayət qədər tanış ola bilmirlər”.

Elnarə Akimova təkliflərini də açıqlayıb:

“Çap olunan bütün kitabların kitabxanalara təqdim olunması elektronsistem üzərindən izlənilsə, nəticə daha səmərəli olar və məsuliyyət yaradar. Yeni nəşrlərin vahid elektron reyestri yaradılsa və kitabxanalar həmin bazaya çıxış əldə etsələr, əlçatanlıq daha yaxşı təmin olunar. Bölgə kitabxanalarının fondları, xüsusilə uşaq və yeniyetmə ədəbiyyatı ilə mütəmadi şəkildə zənginləşdirilməlidir. Rayon və kənd kitabxanalarında müasir uşaq ədəbiyyatı guşələri yaradılmalı, yerli müəlliflərin kitablarının əlçatanlığı artırılmalıdır. Kitabların təbliği və oxu mədəniyyətinin inkişafı istiqamətində nəşriyyatlar üçün təşviqedici mexanizmlər hazırlanmalıdır. Kitabxanalar sadəcə kitab saxlanılan məkan deyil, mütaliə, yaradıcılıq və maarifləndirmə mərkəzləri kimi fəaliyyət göstərməlidirlər”.

# 715 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər