Yeni İttifaqın rəhbəri kim olacaq? - Açıqlama

Yeni İttifaqın rəhbəri kim olacaq? - Açıqlama
1 avqust 2023
# 14:00

"İki eyni adlı təşkilatın birləşməsinin müsbət tərəfləri çoxdur. Ən azı ona görə ki, güc birlikdədir. İctimai təşkilatlar ictimai nəzarət instrumentidir, bu cəhətdən kinoya ayrılmış dövlət vəsaitinin necə xərclənməsinə nəzarət ümdə məsələlərdəndir. Bununla yanaşı, kinomuz nüfuz mərkəzinin olmamasından əziyyət çəkirdi, birləşdirici nüvə olmayanda sistem dağılır. Birləşmiş İttifaq bu nüvə ola bilər".

Bu sözləri rejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbar Azərbaycan Kino ittifaqlarının birləşməsi ilə bağlı Kulis.az-a danışarkən bildirib.

"Daşınmaz əmlak, maliyyə resuslarının birləşməsi məsələləri sırf hüquqi prosedurlardır. Burada ictimai təşkilatlar üçün yazılmış Ədliyyə nazirliyinin standartları var və bu qaydalara əsasən bu prosedurlar həyata keçəcək. Hər iki tərəf təbii olaraq maraqlarını qorumağa çalışacaqlar. O cümlədən, rəhbər orqanların formalaşmasında, sədrin seçilməsində. Bu barədə indidən heç nə deçək olmaz.

Hər şeyi seçki göstərəcək. Birləşməyin bir üstünlüyü də layihələrin birgə işlənməsidir. Biz artıq birgə layihələr həyata keçirə biləcəyik. İstirahət həftələri bitən kimi, kino nümayişləri, müzakirələrin təşkili, nəşr layihələri istiqamətində səylərimizin birləşdirilməsi haqqında müzakirələr aparacağıq. Biz bu işə səmimi əl qoymuşuq və axıracan da səmimi olacağıq. Hamıdan da səmimi olmağı xahiş edirik, bu işdə ancaq səmimi və dürüst olmaq bizi hədəfə tez çatdıracaq".

Qeyd edək ki, iyulun 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) idarə heyətinin iştirakı ilə iclas keçirilib və iclasın sonunda ölkədəki kino sektoruna dəstək məqsədilə ittifaqların birləşdirilməsinə qərar verilib.

# 2363 dəfə oxunub

Oxşar xəbərlər

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

18:30 7 may 2026
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

16:40 7 may 2026
İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

16:35 7 may 2026
Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

16:20 7 may 2026
Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

14:00 7 may 2026
Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

13:40 7 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər