Yazıçı Şəmistan Nəzirli vəfat etdi

Yazıçı Şəmistan Nəzirli vəfat etdi
20 sentyabr 2025
# 13:50

Azərbaycan hərb tarixinin və Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin araşdırıcısı, yazıçı, publisist, hərbi jurnalist, polkovnik-leytenant Şəmistan Nəzirli bu gün səhər saatlarında Qazaxda ADA Universitetinin Qazax Tədris Mərkəzində keçirilən tədbirdə qəfil vəfat edib.

Kulis.az xəbər verir ki, mərhumun nəşi Qazaxdan Bakıya yola salınıb.

Qeyd edək ki, dəfn yeri və saatı haqqında əlavə məlumat veriləcək.

Şəmistan Nəzirli 1942-ci ildə Qərbi Azərbaycanın Loru nahiyəsinin Yuxarı Körpülü kəndində anadan olub.

1960-cı ildə Dəvəçi şəhərində orta məktəbi bitirib, sonra Bakı texniki-peşə məktəbinə və ADU-nun Jurnalistika fakültəsinə daxil olub. 1962–1965-ci illərdə sovet ordusunda xidmət edib.

Ədəbi fəaliyyətə 1958-ci ildə başlayıb, əsasən Səməd Vurğun və azərbaycanlı sərkərdələrin taleyi mövzularında yazıb. General Əliağa Şıxlinskinin "Xatirələrim" kitabını tərtib edib.

Əmək fəaliyyətinə "Gənc leninçi" qəzetində başlayıb, daha sonra Azərbaycan Dövlət Televiziyası və Radio Verilişlərində, Azərbaycan Dövlət Ensiklopediyasında və Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Şəmistan Nəzirli Səməd Vurğun haqqında əsərlərinə görə "Səməd Vurğun fəxri xatirə diplomu" ilə, "Qacarlar" əsərinə görə İran Dostluq Cəmiyyətinin mükafatı ilə, hərbi-publisistik əsərlərinə görə "General Həzi Aslanov" və "General Əliağa Şıxlinski" mükafatları ilə təltif olunub.

2023-cü ildə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

# 2386 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər