Yazıçı onlardan 1 milyon dollar tələb edir

Yazıçı onlardan 1 milyon dollar tələb edir
4 fevral 2025
# 18:40

64 yaşlı yazıçı Nil Qeyman cinsi təcavüzdə ittiham edilir.

Kulis.az xəbər verir ki, övladlarının dayəsi Skarlet Pavloviç 64 yaşlı yazıçı ilə həyat yoldaşı, müğənni Amanda Palmerə qarşı məhkəmə iddiası qaldırıb. O, cütlükdən 1 milyon dollar (1 milyon 700 min manat) tələb edib.

Pavloviç iddia edir ki, Palmer ərinin təcavüzkar olduğundan xəbərdar olsa da, onu işə götürüb. İddiada cütlük insan alverində də ittiham olunur.

İddiada deyilir ki, Qayman bir neçə ay ərzində Pavloviçi cinsi zorakılığa məruz qoyub, onu boğub, kəmərlə döyüb və alçaldıb. Pavloviç bildirib ki, işini və evini itirmək qorxusundan buna dözmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Qeymanla Amanda ayrı yaşayırlar. Onların Entoni adlı bir övladı var. Yazıçının birinci həyat yoldaşı aktrisa Meri Makqratdan da üç övladı var. Yazıçı "Ulduz tozu", "Amerika Tanrıları", "Korolina", "Qəbiristanlıq kitabı" kimi əsərləri ilə tanınıb.

# 2234 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər