Yazıçı Mirmehdi Ağaoğlunu tanıyaq

Mirmehdi Ağaoğlu, yazıçı

Mirmehdi Ağaoğlu, yazıçı

10 noyabr 2021
# 16:18

Bu günlərdə yazıçı Mirmehdi Ağaoğlunun "Zəfərin izi ilə" adlı kitabı işıq üzü görüb. Kitaba müəllifin 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı hazırladığı reportajlar daxil edilib.

Yazıçı Mirmehdi Ağaoğlu kimdir?

Mirmehdi Ağaoğlu 15 oktyabr 1982-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olub. 1990-2000-ci illərdə Bakı şəhəri Sabunçu rayonu 170 saylı orta məktəbdə təhsil alıb. 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu fakültəsində oxuyub.

2005-ci ildən ''Mirmehdi Ağaoğlu'' imzasıyla mətbuatda dərc olunmağa başlayıb.

2008-2012-ci illərdə "Xalqbank"da kassir vəzifəsində çalışıb. 2012-2018-ci illərdə isə "Kulis.az" internet dərgisində redaktor kimi fəaliyyət göstərib. Hazırda APA İnformasiya Agentliyində redaktor vəzifəsində çalışır.

Yazıçının 2011-ci ildə "Görüş" adlı romanı işıq üzü görüb.

2012-ci ildə "Küləyi dişləyən" adlı romanı ilə oxucuların qarşısına çıxıb.

2015-ci ildə "Bu gün səbr elə" adlı romanı çap olunub.

2016-cı ildə "Alman malı" adlı müxtəlif illərdə qələmə aldığı hekayələrindən ibarət kitabı "ATV Kitab" seriyasından "Parlaq imzalar" nəşriyyatında çap edilib.

2020-ci ildə "Oğlum üçün hər şey" adlı kitabı Türkiyədə işıq üzü görüb.

2021-ci ildə "Zəfərin izi ilə" adlı kitabı çap olunub. Kitaba müəllifin 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı hazırladığı reportajlar daxil edilib.

Mirmehdi Ağaoğlunun "Küləyi dişləyən" romanı 2011-ci ildə keçirilən Milli Kitab Mükafatında qısa siyahısına düşüb və beşinci yerin sahibi olub.

2015-ci ildə Azərbaycan Yaradıcılıq Fondu və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə keçirdiyi "Quran motivləri əsasında hekayə" müsabiqəsinin qalibi olub.

2017-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Qızıl Kəlmə" ədəbi mükafatının "Şans" ödülünə sahib olub.

2017-ci ildə ədəbi-publisistik fəaliyyətinə görə "Ədəbiyyat qəzeti"nin təsis etdiyi "Əli bəy Hüseynzadə" mükafatına sahib olub.

2017-ci ilin dekabr ayında "85-ci gün" adlı hekayəsi İranın Şiraz şəhərində keçirilən Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Birinci Qısa hekayə müsabiqəsində qalib olub.

# 2445 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər