“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş sərgi

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş sərgi
13 noyabr 2024
# 16:25

Noyabrın 13-də Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-la bağlı “Green World Solidarity Year” mövzusunda virtual sərginin və ənənəvi kitab sərgisinin təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq bu gün keçirilən bütün təqdimatların qayəsinin “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı olduğunu bildirib. O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyətindən, iqlim dəyişmələrinin mənfi təsirlərinin azadılmasından, biomüxtəlifliyin qorunmasından, təbii sərvətlərdən səmərəli istifadə olunmasından ətraflı bəhs edib. Bildirib ki, Milli Kitabxananın əsas vəzifəsi biblioqrafiya kitabları, elektron məlumat bazaları, virtual və ənənəvi kitab sərgiləri hazırlayaraq bu işə dəstək göstərməkdir.

Kitabxananın elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin tarixi bir hadisə olduğunu söyləyib.

Tədbirdə “İqlim dəyişikliyi” mövzusuna həsr olunmuş “Green World Solidarity Year” adlı virtual sərginin təqdimatı olub. Virtual sərgidə yaşıl iqtisadiyyat, yaşıl inkişaf, ekologiya və davamlı inkişaf, ekologiyanın qorunması və müasir problemləri və s. haqqında Azərbaycan və xarici dillərdə məqalələr və ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Yasil_dunya_namine/index.htm və https://anl.az/el/vsb/Azerbaycan_yasilliqlari/index.htm linklərindən istifadə edə bilərlər.

Sonda tədbir iştirakçıları “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş geniş kitab sərgisi ilə tanış olublar. Ənənəvi kitab sərgisində isə ətraf mühitin mühafizəsi, su ehtiyatlarından səmərəli istifadə, Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi, tullantıların idarə olunması, atmosfer havasının mühafizəsi, ekoturizmin və akvakulturanın inkişafı, meşə örtüyünün, yaşıllıqların mühafizəsi və artırılması, çirklənmiş ərazilərin bərpası, torpaq ehtiyatlarının münbitliyinin artırılması və s. haqqında Azərbaycan və xarici dillərdə kitablar, fotolar nümayiş olunur.

# 1506 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər