“Yaşıl dünya naminə həmrəylik ili” adlı elektron məlumat bazası yaradıldı

“Yaşıl dünya naminə həmrəylik ili”  adlı elektron məlumat bazası yaradıldı
15 may 2024
# 13:30

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 May- Beynəlxalq İqlim Günü münasibətilə “Yaşıl dünya naminə həmrəylik ili” adlı elektron məlumat bazası hazırlanıb.

Kulis.az xəbər verir ki, məlumat bazasında mövzu ilə əlaqədar qəbul edilən rəsmi sənədlər, beynəlxalq ekoloji konvensiyalar, COP29 - İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası haqqında məlumat, rəsmi çıxışların mətni, nəşr edilən kitabların və dövrü mətbuat nümunələrinin siyahısı təqdim edilib.

Elektron məlumat bazasında işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması, azad edilmiş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiq edilməsi, ekosistemin bərpa olunması kimi məlumatlar da öz əksini tapıb.

Həmçinin “Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti”, “İDEA İctimai Birliyi”, “Ekoloq alimlər”, “Qoruqlar”, “Ekoloji terror”, “Ekoloji təqvim” kimi bir sıra bölmələr nümayiş olunub.

Elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

# 2436 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər