Yaponiyada Trampa qarşı etiraz: "Məşhur anime personajlarından siyasi məqsədlərlə istifadə edir"

Yaponiyada Trampa qarşı etiraz: "Məşhur anime personajlarından siyasi məqsədlərlə istifadə edir"
11 iyun 2026
# 15:00

ABŞ Prezidenti Donald Trampın sosial şəbəkə paylaşımlarında populyar anime və manqa personajlarından istifadə etməsi Yaponiyada kəskin etirazlara səbəb olub.

Kulis.az xəbər verir ki, bu barədə məlumatı xarici media orqanları yayıb.

Etiraz dalğası hələ mart ayından formalaşmağa başlayıb. Belə ki, pərəstişkarlar prezidentin "Naruto", "Pikaçu" və "Yu-Gi-Oh!" kimi kultlaşmış yapon animasiya personajlarının təsvirlərindən istifadə etdiyini, hətta bəzi hallarda özünü onların cildində təqdim etdiyini görüblər.

Hazırda təxminən 20 min nəfər onlayn petisiya imzalayaraq Trampın bu personajların aşıladığı dəyərləri bölüşmədiyini və onlardan siyasi məqsədlərlə istifadənin müəllif hüquqlarını poza biləcəyini iddia edir.

Trampı və Ağ Evi yapon manqasına hörmət etməyə çağıran petisiya ilk dəfə mart ayında bir neçə paylaşımın azarkeşlərin diqqətini çəkməsindən sonra başladılmışdı.

Ağ Evin rəsmi "X" hesabında ABŞ-nin İrana endirdiyi hərbi zərbələrin kadrlarını "Yu-Gi-Oh!" və "Əjdaha kürəsi" (Dragon Ball) animasiyalarından kəsintilərlə birləşdirən videolar yayımlanmışdı. Bundan bir gün əvvəl isə həmin hesabda "Pokemon Pokopia" videooyunundan götürülmüş ekran görüntüsünün üzərində "Amerikanı yenidən möhtəşəm edək" şüarı yazılmış foto paylaşılmışdı.

Şənbə günü Trampın "Truth Social" platformasında özünü gənc bir nindzanın lider olmaq yolundakı macəralarından bəhs edən populyar anime və manqa seriyasının baş qəhrəmanı Naruto Uzumaki kimi təsvir etdiyi videonu paylaşmasından sonra petisiya yenidən gündəmə gəlib.

Petisiyanı imzalayanlar və onlayn platformalardakı digər azarkeşlər hesab edirlər ki, bu personajlar bütün dünyadakı izləyicilərə cəsarət, dostluq və əzmkarlığın vacibliyini aşılayır. Trampın onlardan bu cür istifadəsi isə yaradıcıların niyyətlərinə tamamilə ziddir.

Petisiyanın təşəbbüskarı Kanaqava sakini Nana Suzukidir. Özünü qatı anime və manqa pərəstişkarı adlandıran 34 yaşlı qadın "BBC"-yə açıqlamasında hərəkətə keçməyə məcbur olduğunu bildirib:

"Yu-Gi-Oh! əsərinin yaradıcısı Kazuki Takahaşi okeanda kimsəni xilas etməyə çalışarkən həlak olmuşdu. Başqalarını xilas etməyə çalışan belə nəcib ruhlu bir insanın əsərinin mesajının hərbi kontekstdə istifadə edilməsi və onun artıq özünü müdafiə etmək üçün həyatda olmaması məni dərindən kədərləndirdi."

O, eyni məyusluğu yaşayan insanların özlərini ifadə edə biləcəyi bir platforma yaratmaq və yapon yaradıcılara, habelə onların məzmununa hörmət edilməsini nə qədər insanın dəstəklədiyini göstərmək istədiyini vurğulayıb.

Bununla belə, az sayda pərəstişkar Trampın bu fotolardan istifadə etməsinə fərqli yanaşıb. Bir "X" istifadəçisi bunu "çox gülməli" adlandırıb və bunun sadəcə "Naruto"nun beynəlxalq populyarlığını artıracağını düşünərək məsələni "dünyanın ən yaxşı pulsuz reklamı"na bənzədib. Başqa bir istifadəçi isə belə yazıb: "Videonu tənqid etməkdənsə, yapon manqasının dünyanı o qədər fəth etməsi ilə fəxr edirəm ki, hətta ABŞ prezidenti belə Narutonu tanıyır."

"Pokemon" şirkəti isə Ağ Evin bu təsvirlərdən istifadə etmək üçün icazəsinin olmadığını qəti şəkildə bəyan edərək Trampın addımını pisləyib. Şirkətin sözçüsü Sravanti Dev məsələyə belə münasibət bildirib:

"Biz bu materialın yaradılmasında və yayılmasında iştirak etməmişik. Missiyamız dünyanı bir araya gətirməkdir və bu missiya heç bir siyasi baxış və ya gündəmlə əlaqəli deyil".

# 961 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər