Yad et məni, aşiqanə yad et! - Abbas Səhhət

Yad et məni, aşiqanə yad et! - Abbas Səhhət
13 mart 2026
# 10:35

Kulis.az Abbas Səhhətin "Yad et" şeirini təqdim edir.

Vəqta ki, keçər bu leyli-zülmət,
İşraq edər əxtəri-həqiqət,
Elm ilə ziyalanar bu millət,
Qalxar bu təəssübü cəhalət,
Surət hamı ruh olar, məani,
Aləm hamı eşq olar, məhəbbət,
Ey dərk edən ol gözəl zəmani,
Qıllam sənə iştə bir vəsiyyət!
Yad et məni, qaibanə yad et!

Vəqta ki, gələr o şanlı əyyam,
Olmaz günə əbri-tirə hail.
Hər yerdə olar güruhi-islam,
Qanuni-təkamül ilə kamil.
Bir gəcri-həyat bizi-ürfan,
Saçdıqca cahana nuri-hikmət.
Bir çöhreyi-xəndərizü şadan –
Verdikcə cahaniyanə nəzhət,
Yad et məni, arifanə yad et!

Vəqta ki, qaçar səhabi-övham,
Bir dadlı üfüq olar nümayan.
Xurşidi-həq eylər ərzi-əndam,
Məsud yaşar ümum insan.
Baxdıqca, cəvanibü nəvahi
Behcətdə olar riyazi-cənnət.
Rövşən olar etila səbahi,
Payanə yetər bu qəm, bu möhnət.
Yad et məni, sadiqanə yad et!

Vəqta olar ittihadi-ara,
Qalxar bu təanüdü təxəllüf.
İslam olar elmü fənnə dara,
Mazisinə eyləyər təəssüf.
Bir ləhzə məni təxəttür eylə,
Olduqca qədəmgüzari-izzət.
Bədbəxtliyimi təsəvvür eylə -
Kim, öldüm, ürəkdə qaldı həsrət,
Yad et məni, dustanə yad et!

Vəqta ki, yetər zəmani-hazir,
Gül tək açılar tutuq ürəklər,
Torpaqda yatar bu qəmli şair,
Qəbrində çıxar soluq çiçəklər.
Batində olar o halə nazir,
Həsrətlə bu dağidari-firqət.
Bax millətə, eylə sən təfaxür,
Amma ki, bəxatiri-üxüvvət.
Yad et məni, aşiqanə yad et!

# 1025 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər