Xocalı soyqırımından bəhs edən filmlər nümayiş olunacaq

Xocalı soyqırımından bəhs edən filmlər nümayiş olunacaq
25 fevral 2022
# 15:40

Azərbaycan Televiziyası Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə 3 bədii-sənədli film hazırlayıb.

Kulis.az xəbər verir ki, filmlərdən biri Milli Qəhrəman Allahverdi Bağırova həsr olunub. Digər filmdə dünyaşöhrətli fotomüxbir Rza Diqqətinin Xocalı soyqırımından sonra şahidi olduqlarından bəhs edilir. Daha bir film isə Xocalı sakininin yaşadığı faciələr əks olunur.

A.Bağırova həsr olunmuş film “Allahverdi” adlanır. Bədii-sənədli filmdə onun Birinci Qarabağ müharibəsi zamanı keçdiyi şücaətli döyüş yolu əks olunur.

Filmin ssenari müəllifi və rejissoru Elvin Mirzəyev, operatoru Elşən Bədəlov, prodüseri Fatimə Əzimova, layihə rəhbəri isə Elçin Musağoludur.

AzTV-nin Rza Diqqətinin şahidi olduqlarından bəhs edən filmi isə “Danışan fotolar” adlanır.

Sənədli filmdə Xocalı faciəsinin ağrı-acısını yaşamış Nazilə Məmişova, Famil Salahov, Valeh Hüseynov və digərlərinin müsahibələri yer alır.

“Danışan fotolar”ın quruluşçu rejissoru Elnur Məmmədov, ssenari müəllifi Afaq Əhmədova, quruluşçu operatoru Cavid Əliyev, montaj rejissoru Zurab Salmanoğludur.

Növbəti film isə “Zirzəmi” adlanır və ermənilərin Xocalıya hücumu zamanı zirzəmidə gizlənmiş bir qadının – Mehriban Bəkirovanın faciə dolu həyat hekayəsini əks etdirir.

Filmin ssenari müəllifi Leyla Qədirzadə, quruluşçu rejissoru Zaur Zeynal, quruluşçu operatoru Aqşin Rzayev, prodüseri Məmmədhüseyn Mehdizadə, layihə rəhbəri isə Həmid Əsədzadədir.

Hər üç film fevralın 26-sı AzTV-də və “Park bulvar”da yerləşən “Park cinema” kinoteatrında da nümayiş olunacaq.

# 2666 dəfə oxunub

Oxşar xəbərlər

Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər