Xəzər Süleymanlı Poeziya Teatrı yaratdı

Xəzər Süleymanlı Poeziya Teatrı  yaratdı
30 sentyabr 2024
# 15:34

Azərbaycanda Mikayıl Müşfiq adına Poeziya Teatrı yaradılıb.

Kulis.az xəbər verir ki, bu barədə tanınmış qiraətçi Xəzər Süleymanlı məlumat verib.

O, tamamilə yeni formatda poeziya teatrı layihəsi hazırladığını bildirib:

“Bizdə zaman-zaman poeziya teatrı fəaliyyət göstərib. Son illərdə xalq şairimiz Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə xanımın təşəbbüsü ilə Vaqif Səmədoğlu Mərkəzinin nəzdində yaradılmış Vaqif Səmədoğlu adına Poeziya Teatrı müəyyən tədbirlər keçirir.

Mənim illərdir düşündüyüm və üzərində çalışdığım poeziya teatrı isə tam fərqlidir. Poeziya teatrında təqdim olunacaq tamaşalarda təkcə aktyorların oyunu yox, həmçinin, şairlərin də çıxışı nəzərdə tutulub. Yəni şairlər öz şeirləri ilə tamaşanın bir hissəsi olacaq.

Artıq ssenarilər yazılır. Hələlik müstəqil fəaliyyət göstərəcəyik. Yerimiz olmadığı üçün tamaşalar müxtəlif məkanlarda baş tutacaq.

Poeziya teatrımızın heyəti bu sahədə kifayət qədər təcrübəsi olan insanlardan ibarətdir. Onların arasında əməkdar artist Bəhruz Vaqifoğlu, aktyor, rejissor Kamal Yaşar, aktrisa Sabirə Abdullayeva Rüstəmli, ssenarist Pərviz Seyidli, şair Aqşin Evrən və şair, ssenarist Rəşad Nağı Mustafa da var.

Teatrımız Mikayıl Müşfiqin adını daşıyacaq. Ümid edirəm ki, fəaliyyətimiz Azərbaycan incəsənətinə, ədəbiyyatına təkan verə biləcək”.

Xəzər Süleymanlı sözügedən teatrla bağlı yeniliklərin olacağını vurğulayıb.

# 2209 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər