Rusiyanın Mədəniyyət Nazirliyi Dağlıq Qarabağda film çəkilişləri ilə bağlı etiraza cavab verib

Rusiyanın Mədəniyyət Nazirliyi Dağlıq Qarabağda film çəkilişləri ilə bağlı  etiraza cavab verib
31 avqust 2019
# 15:00

Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi Moskvadakı Azərbaycan İcmasının erməni kinorejissor Robert Def və rusiyalı kinorejissor Rano Kubayevanın işğal altındakı Dağlıq Qarabağda “Valter” filminin çəkilişləri ilə bağlı planlarına etiraz əlaməti olaraq etdikləri müraciətə cavab verib.

Bu barədə APA-nın Rusiya bürosuna Moskvadakı Azərbaycan İcmasının sədri Şamil Tağıyev məlumat verib. Onun sözlərinə görə, avqustun 6-da onun tərəfindən Rusiyanın Mədəniyyət naziri Vladimir Medinskiyə ünvanlanan müraciətə avqustun 30-da cavab verilib: "Mədəniyyət Nazirliyindən daxil olan məlumatda bildirilir ki, “Veqa film" şirkətinin "Valter" adlı filmində siyasi xarakter haqda müraciətlərə baxılıb. Rusiya Mədəniyyət Nazirliyinin Kinematoqrafiya Departamentinin Ekspertlər Şurasının iclasının 15.08.2019 tarixli yekun protokoluna əsasən, "Valter" filinin (rejissorun ilk tammetrajlı filmi) 2019-cu ilin rezervinə daxil edilməsi tövsiyə olunub".

Qeyd edək ki, avqustun 6-da Moskvanın Azərbaycan İcmasının sədri Şamil Tağıyevin adından Rusiyanın Mədəniyyət naziri Vladimir Medinskiyə ünvanlanan müraciətdə erməni və rusiyalı kinorejissorların Dağlıq Qarabağda fransalı aktyor Bibi Naserinin baş rol alacağı filmi çəkməklə bağlı planları qəti şəkildə pislənilib. Onlar tərəfindən atılacaq bu addım beynəlxalq hüquq normalarının, Azərbaycanın qanunvericiliyinin və Rusiya ilə Azərbaycan arasında mövcud olan çoxsaylı müqavilələrin kobud şəkildə pozulmasıdır. Kinokompaniya və Rusiya Mədəniyyət Nazirliyinin aktyorlarına bu düşünülməmiş addıma diqqət yetirməyi və filmin sifarişçiləri tərəfindən olan təxribatın qarşısını almağı xahiş edirik”, - deyə, müraciətdə bildirilib.

# 3693 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər