Məşhur rus rejissor azərbaycanlı aktrisanı zorlayıbETİRAF

<b>Məşhur rus rejissor azərbaycanlı aktrisanı zorlayıb</b> – <span style="color:red;">ETİRAF
28 fevral 2018
# 10:47

Azərbaycanlı aktrisa və müğənni Fatimə Abasquliyeva teatr rejissoru Mark Rozovskinin 12 il qabaq onu intim əlaqəyə məcbur etdiyini deyib.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə o, bu barədə televerilişlərdən birində danışıb.

Fatimə Abasquliyeva bildirib ki, bu hadisə o, tələbə olan vaxtı baş verib: “Üçüncü kursda oxuduğum dövrlərdə xalq artisti, professor Mark Qriqoryeviç Rozovskinin emalatxanasına getmişdim. O, məni çox isti qarşıladı. Bir dəfə isə dedi ki, teatrdan kənarda mənim karyeram barədə danışmaq istəyir. Onun dediyi ünvana gəldim, biz görüşüb bir binanın zirzəmisinə getdik. O, məni tərifləyib dedi ki, mənə sahib olmaq istəyir.”

Fatimə Abasquliyeva bu barədə danışmaq üçün yalnız indi özündə güc tapıb.

Bundan sonra Rozovski onu çarpayı olan otağa aparıb. Aktrisa bir çox detalların yaddaşından silindiyini deyib. O, sonradan rejissorla yaşadığı intim əlaqəni unutmağa çalışıb.

“Bundan sonra o mənə dedi ki, bu barədə susmalı və o nə vaxt istəsə görüşməyə hazır olmalıyam. Mən heç nə başa düşmürdüm. Ona öz müəllimim kimi yanaşırdım. Bu hadisədən sonra özümü günahlandırdım və qərara gəldim ki, bu olanları unutmaq lazımdır.” – daha sonra Fatimə əlavə edib.

# 2907 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış aktrisanın oğlu vəfat etdi

Tanınmış aktrisanın oğlu vəfat etdi

14:30 21 sentyabr 2026
Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

14:17 21 sentyabr 2026
Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunan kitab sərgisi açıldı

Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunan kitab sərgisi açıldı

14:15 21 sentyabr 2026
Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

13:30 21 sentyabr 2026
Ramana qəsrində muzey fəaliyyətə başladı

Ramana qəsrində muzey fəaliyyətə başladı

13:13 21 sentyabr 2026
"Kim tənqid edir, özü bilər" -  Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

"Kim tənqid edir, özü bilər" - Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

13:09 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər