Gənc müğənni hamını şoka saldıYENİLƏNİB

<b>Gənc müğənni hamını şoka saldı</b> – <span style="color:red;">YENİLƏNİB
24 noyabr 2017
# 10:43

AzTV-də yayımlanan Müasir Azərbaycan Gəncliyi (MAG) verilişi sosial şəbəkələrdə müzakirə olunan kadrlarla bağlı açıqlama verib.

MZ productionun rəhbəri Üzlüfət Qasımova “Qafqazinfo”ya açıqlamasında həmin kadrların AzTV-də yayımlanmadığını bildirib:

“O kadrlar AzTV-də getməyib. Sözügedən proqram çəkiləndən sonra biz Vüsal Rzasoyun mahnılarını dinlədik, daha sonra qərara aldıq ki, AzTV-yə uyğun deyil. Bu səbəbdən həmin görüntünü efirdə yayımlamadıq, MAG-ın səhifəsində paylaşmaqla kifayətləndik. Sözügedən videonu 20 gün əvvəl səhifədə yaymışıq.

Təəssüflər olsun ki, saytlar maraqlanmadan həmin kadrları efirdə getmiş kimi təqdim edib. Maraqlıdır ki, “MAG” 5 ildir efirdə olsa da, bu günə qədər heç belə müzakirəyə səbəb olmamışdı”.

Üzlüfət Qasımova həmçinin qeyd edib ki, Vüsal çox istedadlı gəncdir:

“Onun çox peşəkar əcnəbi prodüseri var. Vüsal xarici ölkələrdə ifası ilə pul qazanır. Biz heç bir müğənnimizin belə prodüserini görməmişdik”.

Qeyd edək ki, Rzasoyun oxuduğu “Ayə, harayə gedirsən ayə?” mahnısı müzakirələrə səbəb olmuşdu.

***

AZTV-nin efirində yayımlanan Müasir Azərbaycan Gənci (MAG) adlı verilişdə maraqlı anlar yaşanıb.

AZXEBER.COM-un əldə etdiyi görüntülərdə, efirə dəvət edilən gənc müğənninin ifası gözlənilmədən studiyadakıların da gülüşünə səbəb olub. Belə ki, rok musiqi tərzində mahnı ifa edən Vüsal Rzasoy adlı gəncin "Ayə harayə gedirsən ayə?" adlı mahnısı geniş müzakirəyə səbəb olub. Fərqli tərzdə musiqi ifa etməyə çalışan mügənni AZTV tarixində bir ilkə imza atıb.

Studiyadakı aparıcı da bu musiqi qarşısında öz gülüşünü gizlədə bilməyib. İfaçının geyim və oxu tərzi hər kəsi şoka salıb.

Həmin görüntüləri təqdim edirik:

# 1848 dəfə oxunub

Oxşar xəbərlər

Mədəniyyət Nazirliyinin satın aldığı kitabların tam siyahısı açıqlandı

Mədəniyyət Nazirliyinin satın aldığı kitabların tam siyahısı açıqlandı

18:25 18 dekabr 2025
Dünyəvi həyatdan uzaqlaşan rəssam - Onun nizamsız həyat tərzi arxasında nə gizlənirdi?

Dünyəvi həyatdan uzaqlaşan rəssam - Onun nizamsız həyat tərzi arxasında nə gizlənirdi?

18:20 18 dekabr 2025
Məcnunu yandırıb-yaxan, Kərəmi alışdıran səs - Fəxri adı olmayan Qulu Əsgərov

Məcnunu yandırıb-yaxan, Kərəmi alışdıran səs - Fəxri adı olmayan Qulu Əsgərov

17:51 18 dekabr 2025
Sənsiz qaldı bu gün bu dünya… - Turan Etibaroğlu

Sənsiz qaldı bu gün bu dünya… - Turan Etibaroğlu

17:00 18 dekabr 2025
AYB-nin Yaradıcılıq Evi  yaxın günlərdə fəaliyyətə başlayacaq

AYB-nin Yaradıcılıq Evi yaxın günlərdə fəaliyyətə başlayacaq

16:07 18 dekabr 2025
Adil Kərimli Nəriman Həsənzadəni xəstəxanada ziyarət etdi

Adil Kərimli Nəriman Həsənzadəni xəstəxanada ziyarət etdi

15:53 18 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər