Ən az kitab oxuyan yer Avropadır – İnanılmaz Statistika

 Ən az kitab oxuyan yer Avropadır – İnanılmaz Statistika
20 may 2019
# 17:21

Bizim təsəvvürümüzə görə dünyada ən çox kitab oxuyan insanlar Avropa ya da Amerikada yaşayan insanlardır. Sən demə dünyada ən çox kitab oxuyanlar Cənub-Şərqi Asiya ölkələrinin xalqları imiş.

Bu haqda İngiltərədə fəaliyyət göstərən "Dünya Mədəniyyət Səviyyəsi İndeksi" təşkilatının məlumatında bəyan edilib. Məlumata görə dünyada ən çox kitab oxuyan xalq hindlilərdir.

Hindistanın xalqı həftəlik vaxtının 10 saat 42 dəqiqəsini oxumağa sərf edirmiş. Halbuki, statistik məlumatlara görə Hindistan xalqının savadlılıq dərəcəsi qlobal səviyyədən aşağıdır. Bu ölkədə xalqın cəmi 74 faizi orta məktəbi bitirib. Ancaq, ölkə 1947-ci ildə müstəqilliyini qazandıqdan sonra xalqın savadlılığı 6 dəfə artıb.

Hindlilər təkcə kağız üzərinə çap olunmuş kitabları deyil, həmçinin onlayn kitabları da çox oxuyurlar.

Siyahıda Hindistandan sonra ikinci yeri Tailand tutur. Bu ölkədə insanlar həftədə 9 saat 24 dəqiqə kitab oxuyurlar. Aparılan sorğuya görə xalqın 88 faizi kağız üzərində çap olunmuş kitablar oxuyur və gündəlik vaxtlarının təqribən 28 dəqiqəsini oxumağa sərf edir. Bu o deməkdir ki, Tailandda insanlar Hindistana nisbətən smartfon və telefondan daha az kitab oxuyur və bunu ölkədə kitab çapı ilə məşğul olan nəşriyyatlar da deyir.

Üçüncü yerdə Çin durur. Bu ölkədə rəyi soruşulanların dediyinə görə həftədə təqribən 8 saatlarını kitab oxumağa sərf edirlər. Ölkə xalqının 96,4 faizi savadlıdır. Bu dünya ortalamasından da yüksəkdir. Dünya ortalaması 86,3 faizdir. Çinlilər gündəlik vaxtlarının cəmi 11 dəqiqəsini qəzet və jurnal oxumağa sərf edirlər. Çin xalqı arasında bədii ya da əyləncəli ədəbiyyat oxumaq isə olduqca populyar imiş.

Siyahı bütünlükdə aşağıdakı kimidir:

1. Hindistan 10:42

2. Tailand 9:24

3. Çin 8:00

4. Filippin 7:36

5. Misir 7:30

6. Çexiya 7:24

7. İsveç 7:06

8. Fransa 6:54

9. Macarıstan 6:48

10. Səudiyyə Ərəbistanı 6:48

11. Honkonq 6:42

12. Polşa 6:30

13. Venesuela 6:24

14. Cənubi Afrika 6:18

15. Avstraliya 6:18

16. İndoneziya 6:00

17. Argentina 5:54

18. Türkiyə 5:54

19. İspaniya 5:48

20. Kanada 5:48

21. Almaniya 5:42

22. ABŞ 5:42

23. İtaliya 5:36

24. Meksika 5:30

25. Böyük Britaniya 5:18

26. Braziliya 5:12

27. Tayvan 5:00

28 Yaponiya 4:06

30. Koreya 3:06

# 9149 dəfə oxunub

Oxşar xəbərlər

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

18:30 7 may 2026
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

16:40 7 may 2026
İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

16:35 7 may 2026
Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

16:20 7 may 2026
Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

14:00 7 may 2026
Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

13:40 7 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər