Əkrəm Əylisli aeroport qalmaqalından danışdı - MÜSAHİBƏ

Əkrəm Əylisli aeroport qalmaqalından danışdı - <span style="color:red;">MÜSAHİBƏ
31 mart 2016
# 14:12

Yazıçı Əkrəm Əylisli martın 30-da Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında saxlanılması ilə bağlı mətbuata geniş açıqlama verəcəyini söyləmişdi. Yazıçı bu gün Kulisə qısa müsahibə verib. Müsahibəni təqdim edirik.

- Hadisə ilə bağlı ilk olaraq nə deyə bilərsiniz?

- Ömrümün çoxunu yazıçı həyatı yaşamışam. Bundan sonrakı ömrümü də yazıçı kimi yaşayacam. Aeroportda mənimlə bağlı baş verən hadisənin anlamaqda çətinlik çəkirəm.

- Hər halda özünüz üçün də olsa bir yozumunuz var...

- Görünür, ölkədən çıxmağımı istəmirlər.

- 15 saat qalmısınız... Bu müddətdə nə edirdiniz orda?

- Sənəd yoxlanma məntəqəsində idim. Gəzməyimə, oturmağıma, çay içib siqaret çəkməyimə mane olmurdular. Oğlum da yanımda idi.

- Səhhətinizdə hər hansı problem olmadı ki?

- Bilirsiniz, mən yaşlı adamam və təsəvvür edin ki, bu qədər müddəti anlaşılmaz bir şəraitdə orda qalmışam. İstər-istəməz yoğrunluq, psixoloji gərginlik oldu.

- Sizi niyə saxladıqlarını demirdilər?

- Yox. Heç bir açıqlama verilmirdi.

- Həkim vardı?

- Həkimə ehtiyac olmadı.

- Sizə qarşı məmurların münasibəti necə idi?

- Yaxşı. Şəxsimə qarşı heç bir hörmətsizlik-filan görmədim. Hiss edirdim ki, mənimlə üzbəüz oturan zabit danışmaqda çətinlik çəkir. Çünki əlində tutarlı səbəb yox idi. Nə deyəcəyini bilmirdi. Məni də görünür ona görə yubadırdılar ki, bir bəhanə tapsınlar. Onu da tapdılar. Amma çox gülməli bəhanə oldu (gülür). Guya mən növbə rəisini vurmuşam.

- Əslində isə...

- Əslində isə, aramızda normal söhbət oldu. Hətta bizim reysimizi gedəndən sonra da təmkinimi pozmadım, dedim, imkan varsa bizi başqa bir reyslə yola salın. Görünür bu da məsləhət olmadı.

- Sizə cinayət işi açılacağı haqqında da söz-söhbət gəzir...

- Bu barədə özümə heç nə bildirilməyib.

- Sizinlə söhbət edən məmurlar yazıçı kimi sizi tanıyırdılarmı, oxumuşdularmı?

- Bəzilərindən bunu açıqca hiss edirdim. Mənə xüsusi ehtiram göstərənlər vardı. Ancaq, nə qədər olmasa məmurdurlar də, çox açıb-ağarda bilməzdilər.

- Ehtimalların ən optimalı budur ki, sizi “Daş yuxular” ətrafındakı skandala görə xaricə buraxmaq istəməyiblər. Amma, bildiyimiz qədərilə, bu hadisədən sonra xaricdə olmusunuz.

- Hə, hadisədən iki il sonra Türkiyəyə getmişdim. Mən lap gəncliyimdən üzü bəri onlarla xarici ölkədə olmuşam, ədəbiyyatımızı təmsil etmişəm, indi də bu missiyanı davam etdirirəm. Məncə, buna mane olmaq heç bir cəhətdən doğru deyil.

- Sizinlə bağlı yerli və xarici mətbuatda, sosial şəbəkələrdə çoxlu materiallar yayımlandı, dəstək yazıları yazıldı. Hətta bəyanatlar da verildi.

- Bəzisindən məlumatım var. Xüsusilə Rusiya mətbuatındakı yazılardan xəbərim oldu.

- Bununla bağlı nə deyərdiniz? Belə bir söz vardı ki, mətbuat konfransı keçirəcəksiniz...

- Mətbuat konfransına gərək görmürəm. Eyni zamanda lazımı məlumatların oxuculara çatdırılmasını da vacib sayıram. Amma şişirtmədən, qızışdırıcı mövqe nümayiş etdirmədən.

- Söhbət üçün sağ olun.

- Siz də sağ olun.

Qeyd edək ki, dünən yazıçı Ə.Əylisli oğlu İlyas Əylisli ilə İtaliyaya gedərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, Əkrəm Əylisli buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanılıb.

Yazıçı axşam saatlarında sərbəst buraxılıb.

# 1641 dəfə oxunub

Oxşar xəbərlər

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

18:39 4 fevral 2026
"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

17:13 4 fevral 2026
Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

16:50 4 fevral 2026
Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

16:00 4 fevral 2026
Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

14:50 4 fevral 2026
Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

14:30 4 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər