Çingiz Abdullayev danışmaq istəmədi - Mətbuat xidmətindən açıqlama gəldi

Çingiz Abdullayev danışmaq istəmədi - Mətbuat xidmətindən açıqlama gəldi
18 iyun 2019
# 16:56

Xəbər verdiyimiz kimi, gənc yazar Elşad Barat Çingiz Abdullayevi sərt tənqid edən status yazdığı üçün AYB-dən xaric edilib.

Kulis.az məsələ ilə bağlı AYB katibi, Xalq yazıçısı Çingiz Abdullayevlə əlaqə saxlayıb. Ç.Abdullayev bildirib ki, bu məsələyə AYB-nin mətbuat xidməti cavab verməlidir: “Mən bu haqda heç nə danışmaq istəmirəm, Xəyal Rza ilə əlaqə saxlayın”.

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza isə bunları söylədi:

“Hər bir təşkilatın, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin nizamnaməsi, daxili qaydaları var. Qəbul Komissiyası üzvlərinin Yazıçılar Birliyinə üzvlük məsələsini müzakirə edib, qərar veridiyi kimi, Azərbaycanın dəyərlərini təhqir edən, xalqın yüz illərdir sevdiyi, hörmət bəslədiyi, oxuduğu insanları aşağılayan üzvlərlə bağlı qərarı da ədalətsiz hesab edilməməlidir. Müşfiq kimdir? Azərbaycanın dəyəri! Onun hüquqlarını kim qorumalıdır? 29 yaşında dünyasını dəyişmiş, bu qısa ömrə böyük bir yaradıcılığı sığdırmış, Azərbaycanın gələcəyini tərənnüm edən şeirlərinə, azad düşüncəsinə, fikirlərinə görə qurban getmiş bir şairi, bir dəyəri təhqir etmək olarmı? Bu yolverilməzdir. Söhbət təkcə Müşfiqdən getmir. Qələm adamlarının hər biri bizim üçün dəyərlidir. Çingiz Abdullayev Azərbaycanın Xalq yazıçısıdır. Ona bu ad dövlət tərəfindən təsadüfən verilməyib ki, əlinə hər fürsət keçən adam haqqında təhqiramiz ifadələr işlətsin, şər-böhtan atsın. Bilirsiniz ki, qanuna edilmiş əlavə düzəlişlərə əsasən dövlət sosial şəbəkələrdə söyüşə, təhqirə məruz qalan hər bir vətəndaşının hüquqlarının qorunmasını istəyir. Böhtan atmaqla bağlı cinayət məsuliyyətinə cəlbetmə də var qanunda. Yəni adi vətəndaşı belə təhqir etmək olmaz. Kimisə şərləmək, kiməsə böhtan atmaq yolverilməzdir.

Məncə bu məsələlərdə AYB kifayət qədər səbirli, təmkinli və dözümlüdür. AYB-dən çox hücuma məruz qalan ikinci təşkilat yoxdur. Elşad Barat məsələsi - onun xaric edilməsi bizim də arzuladığımız bir durum deyildi. Gərək Elşad Barat bu həddə çatdırmayaydı.”

# 3040 dəfə oxunub

Oxşar xəbərlər

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər