Sevgililər ən çox bu 7 səbəbə görə savaşırlar - SİYAHI

Sevgililər ən çox bu 7 səbəbə görə savaşırlar - <span style="color:red;">SİYAHI
6 iyul 2018
# 14:16

Araşdırmalara görə sevgililərin və cütlüklərin savaşmasına bir çox ümumi səbəblər var. Əgər bunların fərqinə varsanız, vəziyyətə nəzarəti ələ alar, problemi həll etməyi bacararsınız.

Kulis.az as həmin ümumi və ən vacib 7 səbəbi təqdim edir.

1. O dostunla çox görüşürsən və çox yazışırsan.

Qısqanclıq ən böyük sevgi qatillərindən biridir. Düzdür, qısqanclıq həm də güclü sevginin göstəricisidir, lakin bu, adət halına gələndə çox təhlükəlidir. Siz qısqanclıqla mübarizə aparmalı, ən azı buna cəhd etməlisiniz. Sevgiliniz bu cəhdlərinizi görəndə sizi rahat başa düşəcəkdir. Vəziyyət çox ağırdırsa, terapevt və psixoloqla məsləhətləşmək vacibdir.

2. Pulumuzu cırta-pırta xərcləyirsən!

Tez-tez gündəmə gələn sosial sıxıntılar mübahisəyə səbəb ola bilər. Hamı yaxşı yaşamaq istəyir, lakin bəzən bu yaşam ürəyinizcə olmaya bilir. Belə hallarda sevdiyinizlə eyni səhifədə olduğunuzu qəbul etməli, necə deyərlər, ayağınızı yorğanınıza görə uzatmalısınız. Əks halda problem qaçılmazdır.

3. Nədən seksə həmişə mən başlamalıyam?

Səmimiyyət münasibətin özəyidir və cinsəllik də bu səmimiyyətin bir parçasıdır. Amma partnyorlar arasında cinsi istəklər fərqli ola bilir. Üstəlik, bəzən stress, əzgin ruhi vəziyyət, zamanın az olması kimi xarici təsirlər cinsi həyatınıza təsir edə bilir və tərəflər intim münasibətdə biri-birini tamamlamır. Sekslə bağlı ən böyük problem bir tərəfin digər tərəfdən daha tez-tez istəməsi və daha aktiv olmasıdır. Bu məsələni qarşılıqlı şəkildə müzakirə etməli və şikayətlənmək əvəzinə biri-birinizi anlamağa çalışmalısınız. Bəlkə elə qarşı tərəf sizin aktivliyinizi daha çox xoşlayır? Yaxud sizdən hər hansı təklif gözləyir? Danışın.

4. Sənin qulluqçun deyiləm!

Ev işlərini adətən qadınlar görür. Daimi bu işləri görən insan sevgilisinin öz qabını yumamasına, öz yerini yığışdırmamsına üzülə, hətta əsəbiləşə bilir. Belə vəziyyətlərdə edəcəyiniz ilk şey əsəbinizi nəzarətdə saxlamaqdır. Daha sonra problemi müzakirə edin. Ola bilsin, fərqinə varmadan belə edir. Sizin fikrinizi öyrənsə tamam fərqli bir yanaşma sərgiləyə bilər. Yoxsa gözü dönmüş şəkildə qarşısında dayanıb qışqırmayın. Onun cavabı sizi daha çox incidə bilər.

5. Niyə mənim dediklərim olmur?

Hər kəs işləyir, hər kəsin məsuliyyəti var və özünə ayıra biləcəyi zamanı var. Birgə həyatda cütlüklərin biri dominant ola bilir və ediləcək işlər onun seçimləri ətrafında reallaşır. Bu isə qarşı tərəfin istəklərini yerinə yetirməmiş olmasına gətirib çıxarır. Aqressivləşib şikayətlənməkdənsə, arada sizin istəklərin də reallaşması və ya ayrı-ayrı vaxt keçirə biləcəyinizi müzakirə edə bilərsiniz. Cütlük olmaq həmişə bir yerdə olmaq və eyni şeyləri etmək demək deyil.

6. Mən bu axmaq seriala baxmaq istəmirəm!

İki tərəfin də maraqla izləyəcəyi proqramlar tapmaq bir az çətin ola bilər, amma bu mövzuda narahatlıq yumşaq sözlərlə ifadə olunmalıdır. Sevgilinizin sevdiyi proqramı aşağılamaq yerinə, öz sevdiyiniz proqramlardan bəhs edə bilərsiniz.

7. Problemlərin içində tək qalmışam.

Tərəflərin birinin iş həyatı daha gərgin ola bilər. Uzun iş saatları, toplantılar, həftə sonuna keçən, hətta evə gətirilən iş... Bu da digər tərəfin evin problemləri ilə təkbaşına məşğul olmasına gətirib çıxarır. Sevgiliniz gərgindir və bəzən sizin şikayətlərinizə sərt cavab verir. Hər şeydən əvvəl sakit olun və kim hansı məsuliyyəti öz üzərinə götürə bilərsə, bunu müzakirə edin.

# 2801 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər