İlkin Həsəninin statusuna 8 min layk almış şərhçi: “O rəy etiraz idi...”

İlkin Həsəninin statusuna 8 min layk almış şərhçi: “O rəy etiraz idi...”
7 iyun 2019
# 14:53

Bu yaxınlarda tanınmış aktyor İlkin Həsəni “Çernobl” serialı haqqında status yazmışdı. Statusa Rövşən Qurbanlı adlı izləyici maraqlı bir rəy bildirmiş və həmin rəy tez bir zamanda trend olmuşdu. Rövşən Qurbanlı rəyində qeyd etmişdi:

“Deməli, belə seriallara, filmlərə də baxırsınız, amma bizə baxmağa Şəmiylə Şöşünü hazırlayırsınız”.

Kulis.az trend olmuş rəyin müəllifi ilə əlaqə saxlayıb. Rövşən Qurbanlı sözügedən rəy haqda bunları söyləyib:

“Mən rəyi yazdım və insanlardan dəstək gördüm. Hələ də reaksiya verilir. Yəqin ki, illərlə eyni personajları, eyni janrlarda filmləri görməkdən hər kəs bezmişdi. Dəyişiklik yox idi. Mənim rəyim də o insanların ona görə diqqətini çəkdi ki, onlar da bu eynilikdən bezmişdilər və sanki mənim fikrim onların fikirləri ilə üst-üstə düşdü”.

R.Qurbanlı daha sonra əlavə edib:

“İlkin Həsəni rəyimə cavab vermədi. Mən İlkin bəyi 2013-cü ildə Avroviziyadakı çıxışı ilə tanımışam. Çox maraqlı fikirlər bildirmişdi və o gündən onu izləyirdim. Onun aktyorluq və yaxud aparıcı işinə qarışmıram. Bir var, yaradıcı fəaliyyət, bir də ictimai fəaliyyət. Bunlar ayrı-ayrı şeylərdi. Aparıcı kimi çox yaxşı aparıcıdır. Sadəcə mənim rəyi aktyorluq fəaliyyətindəki eyniliklə bağlı idi. O rəy eyniliyə etiraz idi. Artıq eyni aktyorların olduğu, eyni janrlarda çəkilmiş filmlər insanları bezdirir”.

# 8986 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər