Tiflisdə bərpadan sonra Nəriman Nərimanovun ev muzeyinin açılışı olub

Tiflisdə bərpadan sonra Nəriman Nərimanovun ev muzeyinin açılışı olub
28 iyun 2017
# 11:12

Dünən Gürcüstanda səfərdə olan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Tiflisdə SOCAR-ın dəstəyi ilə bərpa olunan görkəmli ictimai xadim və yazıçı Nəriman Nərimanovun ev muzeyinin açılışını həyata keçirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, açılış mərasimində qırmızı lenti Rövnəq Abdullayev və Gürcüstan mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze kəsib.

Daha sonra muzeyə baxış keçirilib. Muzeyə baxış zamanı R. Abdullayev və M. Georqadzeyə N. Nərimanovun həyat və yaradıcılığı, fəaliyyəti barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Nəriman Nəcəf oğlu Nərimanov 1870- ci il aprelin 14-də Tiflis şəhərində anadan olub. 1890-cı ildə Qori Müəllimlər Seminariyasını bitirib. Görkəmli yazıçının bədii yaradıcılığı və müəllimlik fəaliyyəti Gürcüstanla da bağlı olub. N. Nərimanov 1890-cı ildə seminariyanı bitirdikdən sonra Tiflis quberniyasının azərbaycanlıların yaşadığı Borçalı qəzasının Qızılhacılı kəndində pedaqoji fəaliyyətə başlayıb və bədii yaradıcılığını bu kənddə davam etdirib. O, “Nadanlıq” əsərini burada sona çatdırıb. Marneuli rayonunda N. Nərimanov adına orta məktəb və rayon mərkəzində Mədəniyyət Evi var.

Rəsmi şəxslər və qonaqlar N. Nərimanovun ev muzeyində görkəmli yazıçı və ictimai xadimin həyat və fəaliyyətinə aid maraqlı eksponatlar, onun əlyazmaları və ona ünvanlanan məktublar və yazıçının kitabları, əsərlərinin foto şəkilləri ilə tanış olublar

ARDNŞ prezidenti R. Abdullayev jurnalistlərə açıqlamasında Tiflisdə açılan muzeyin böyük əhəmiyyət kəsb etdiyini və gələcəkdə bu muzeyin xarici turistlərin, ziyalıların, Gürcüstanda yaşayan azərbaycanlıların ziyarət və görüş yerinə çevriləcəyini bildirib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Azərbaycanın Batumidəki konsulu Rəşad İsmayılov, Gürcüstanın barışıq və vətəndaş məsələləri üzrə dövlət nazirinin müşaviri Ayaz Məmmədov, Kvemo Kartli bölgə qubernatorunun müavini Zaur Darğallı və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, muzey işçiləri və Tiflis şəhər sakinləri iştirak ediblər.

# 2610 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər