Polşada “Müasir Azərbaycan dramaturgiyası antologiyası” hazırlanır

Polşada “Müasir Azərbaycan dramaturgiyası antologiyası” hazırlanır
25 yanvar 2016
# 14:43

Bədii Tərcümə Mərkəzi növbəti Əməkdaşlıq Memorandumu imzaladı

Səlim Babullaoğlunun əməkdaşımıza verdiyi eksklüziv açıqlamada deyilir ki, Varşava Universiteti ilə yeni əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumu Azərbaycan tərəfdən Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, Polşa tərəfdən isə Varşava Universiteti Mərkəzi və Şərqi Avropa Mədəniyyətlərarası Əlaqələr Kafedrasının dosenti Andrey Moskvin imzalayıblar.

“Müasir Azərbaycan dramaturgiyası kiçik antologiyası”nın polyak dilinə tərcüməsini və nəşrini təşkil etmək üçün əsas olacaq bu sənədə görə tərəflər antologiya üçün müəlliflərin, mətnlərin, mövzuların seçimini bir-biri ilə razılaşdırırlar və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərcümə və nəşr işinin maliyyələşdirilməsini qismən öz üzərinə götürür. Eyni zamanda Mərkəzi və Şərqi Avropa Mədəniyyətlərarası Əlaqələr kafedrası tərəflərin razılaşdırdığı mətnlərin peşəkar tərcüməsinə və nəşrinə, habelə antoloigiyanın Polşanın, xüsusən də Varşavanın lazımi teatr və kitabxanalarına gedib çatmasına zəmanət verir.

“Andrey Moskvin peşəkar ədəbiyyatçı, fililogiya elmləri doktorudur. Tanınmış teatr tənqidçisi və tərcüməçidir. Varşava Universiteti Mərkəzi və Şərqi Avropa Mədəniyyətlərarası Əlaqələr Kafedrasının dosentidir. Polyak dilində Belorus və Ukrayna antologiyalarını da məhz o hazırlayıb. Düşünürəm ki, bizim əməkdaşlığımız uğurlu olacaq...”- bunları söyləyən Səlim Babullaoğlu həmçinin onu da qeyd edib ki, Polşa vacib ölkədir. Hər baxımdan, əgər biz Şərqə qapıyıqsa, Polşa da Qərbə qapıdır. Özü də Polşanın dünyadakı siyasi çəkisi getdikcə artmaqdadır. Bizim xalqlarımızın və dövlətlərimizin taleyində oxşar və kəsişən məqamlar çoxdur. Polyak ədəbiyyatı və polyak dili vacib dildir, qərb intellektuallarının bir gözü həmişə Polşada olub, bu gün də belədir. Polşa həm kino və teatr ölkəsidir. Biz onların təcrübəsindən öyrənə biləcəyimiz şeylər çoxdur. Bizim ədəbiyyatın, o cümlədən teatrımızın orda tanıdılması olduqca əhəmiyyətlidir./ayb.az

# 2246 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər