Bir poemanın 6 min səhifəlik şərhi – YENİ NƏŞR

Bir poemanın 6 min səhifəlik şərhi – <span style="color:red;">YENİ NƏŞR
22 yanvar 2018
# 13:53

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Siracəddin Hacının dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” məsnəvisi ilə bağlı yazdığı şərhin onuncu cildi çap olunub.

Kulis.azın verdiyi xəbərə görə, monoqrafiyaların yazılması üçün türk, fars, rus, ərəb, ingilis dillərində olmaqla beş mindən çox qaynaqdan istifadə edilib. Araşdırmada Nizami Gəncəvinin düşüncəsinin bağlı olduğu qaynaqlar, “Sirlər xəzinəsi” məsnəvisinin mövzuları, ideyaları, dəyərləri, bədii xüsusiyyətləri öyrənilmiş, beş min misra olan məsnəvi beyt-beyt şərh olunmuşdur.

Siracəddin Hacı bu fundamental araşdırmasında Nizami Gəncəvinin ədəbi, milli, dini, kəlami, fəlsəfi kimliyini elmi dəlillərlə ortaya qoymuş, “Sirlər xəzinəsi” məsnəvisinin anlam xəritəsini çıxarmışdır. Ümumi həcmi 6 min səhifədən çox olan tədqiqat işində müəllif qeyd edir ki, Nizami Gəncəvi insanlığa sevgi, barış, mərhəmət, ədalət gətirəcək dəyərlər yatırımı qoyub getmişdir. Onun bizim üzərimizdə haqqı var. Bu haqq Nizami irsini doğru öyrənmək və doğru öyrətməklə ödənilə bilər.

# 3014 dəfə oxunub

Oxşar xəbərlər

Arxeologiya Muzeyləri kompleksində yenidənqurma işləri yekunlaşdı

Arxeologiya Muzeyləri kompleksində yenidənqurma işləri yekunlaşdı

12:30 21 sentyabr 2026
Alim Qasımov:  "Üzeyir Mehdizadə ilə duetimizin belə qarşılanacağını təxmin edirdim, ancaq..." - Müsahibə

Alim Qasımov: "Üzeyir Mehdizadə ilə duetimizin belə qarşılanacağını təxmin edirdim, ancaq..." - Müsahibə

12:18 21 sentyabr 2026
Tanınmış rejissorun 1 milyard dollarlıq muzeyi açılacaq

Tanınmış rejissorun 1 milyard dollarlıq muzeyi açılacaq

11:40 21 sentyabr 2026
Şakira uzun illər sonra İspaniyada konsert verdi

Şakira uzun illər sonra İspaniyada konsert verdi

11:20 21 sentyabr 2026
Muzeyin divarına zərər vuran şəxslər saxlanıldı

Muzeyin divarına zərər vuran şəxslər saxlanıldı

11:00 21 sentyabr 2026
"Həqiqi ilahə yerişindən bəlli olur... " - Vergilidən sitatlar

"Həqiqi ilahə yerişindən bəlli olur... " - Vergilidən sitatlar

10:30 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər