Mübariz İbrahimov haqqında film çəkilir - VİDEO

Mübariz İbrahimov haqqında film çəkilir - VİDEO
18 aprel 2017
# 12:52

Politoloq Ramiz Alıyevin idea müəllifliyi ilə Türkiyənin tanınmış film və televizya proramları şirkəti olan “Renk Media” şirkəti Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı əsasında Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimova həsr olunmuş “Mübariz” filmini çəkmək üçün hazırlıqlarını başa vurub.

Lent.az-ın məlumatına görə, bu layihənin üzərində artıq 2 ilə yaxındır ki, işlər gedir və artıq yaxın günlərdə filmin çəkilişlərinə başlanılacaq. Filmi çəkəcək şirkətin sahibi Hamit Tuncel belə deyib: “Öncə onu deyim ki, biz bir millət, iki dövlət olduğumuz üçün Mübariz İbrahimov da həm Azərbaycanın, həm də Türkiyənin Milli Qəhramanıdır. Belə bir qəhrəman haqqında film çəkmək ideası mənim Azərbaycandan dostum-qardaşım olan politoloq Ramiz Alıyevdən gəldikdə çox sevindim və dedim ki, mənim və komandam üçün böyük bir şərəf olar Mübariz İbrahimov haqqında belə bir film çəkmək. Filmdə Türkiyənin ən məşhur seriallarında baş rolda oynayan aktyorlardan və aktrisalardan istifadə ediləcək, filmin çəkilişlərini beynəlxalq sahələrdə mükafat almış filmləri və serialları milyonlarla adam tərəfindən izlənilən rejissorlar tərəfindən çəkiləcək. Bu filmdə oynayacaq baş rol aktyorumuz bütün dünyanın yaxından təqib etdiyi, Yaxın şərq və Avropada sevilən bir aktyor olacaq. Bu məqsədlə Yaxın şərq və Avropada yaxşı bir tamaşaçı kütləsinə qovuşmuş olacağıq. Bu filmdə Azərbaycanın illərdir müdafiə etdiyi haqlı iddiaları Xocalı və Qarabağ haqqında bölmələr də olacaq, milli davamızı bütün dünyaya izah etmiş olacağıq.

Şirkət rəhbəri bildirib ki, film yalnız Azərbaycanda və Türkiyədə nümayiş olunmayacaq: “Bağladığımız əməkdaşlıq müqavilələrinə əsasən Avropanın və dünyanın bir çox kinoteatrlarında bu film izləniləcək. Filmin texniki işini türk və amerikalı texniki mütəxəssislər reallaşdıracaq, vizual effekt və animasiyalar dünyanın ən keyfiyyətli studiyalarında qurulacaq. Filmin mahnıları dünyanın ən çox izlənilən serial və filmlərinə musiqilər edən "Capitol" studiyalarından dəstək alınaraq ediləcək. İllərdir qibtə edərək izlədiyimiz amerikan filmləri keyfiyyətində bir film ortaya çıxardaraq nəsillər boyu insanların izləyə biləcəyi bir film çəkəcəyik. Əlbəttə, bizim Azərbaycanda əməkdaşlıq etdiyimiz prodakşnlardan biri ilə yenə də əməkdaşlıq edəcəyik, yəni filmdə əsas rolları yalnız türk aktyor və aktrisalar oynamayacaq, həmçinin, Azərbaycandan əməkdaşlıq etdiyimiz prodakşının bizə təqdim etdiyi azərbaycanlı aktyor və aktrisalar olacaq və qardaşcasına gözəl bir proje ortaya qoyacağıq”.

# 2202 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər