Göydən heyvan yağması həqiqət imiş - FOTOLAR

Göydən heyvan yağması həqiqət imiş - <span style="color:red;">FOTOLAR
18 iyul 2018
# 16:21

Müxtəlif dövrlərdə və ölkələrdə göydən yağışla birgə qurd, böcək, xərçəng, qurbağa, quş və heyvan yağmışdır. Biz hansısa filmdən, rəsm əsərindən, yaxud uydurma əhvalatdan danışmırıq. Bir zamanlar yaradıcı insanların təxəyyülünün məhsulu kimi qəbul edilən bu faktın elmi əsasları vardır. Hətta yer kürəsinə nadir meteoroloji yağıntılardan hesab olunan qanlı yağışlar da yağmışdır.

Müşahidələr sübut edib ki, bəzi heyvanlar donmuş buz tikələri ilə birgə yer üzünə düşsələr də, bəziləri yağıntıdan sonra sağ qalırlar.

Belə yağıntılar adətən güclü fırtınadan sonra baş versə də digər çoxsaylı bu kimi yağıntılar sakit, yağışlı havalarda da baş verir.

Bu hadisəni elmi cəhətdən izah etməyə çalışan fərziyyələrdən birinə görə güclü külək yer üzərindəki və sudakı heyvanları bir neçə kilometr yüksəkliyə qaldıra bilir.

Keçmiş zamanlardan indiyə qədər baş verən bu cür yağıntılar yazılı mənbələrdə bugünümüzə qədər gəlib çıxmışdır.

İlk təhqiqatlar 18-ci əsrdə Alman fiziki Andre Marie Ampere tərəfindən aparılmışdır. Ən çox yayılmış fikirlərdən biri dəniz xortumu deyilən fırtınalar zamanı heyvanların yer səthindən uzaqlaşması nəticəsindədir.

En yaygın açıklamanın ise deniz hortumları vasıtasıyla olduğunu söylemiştik.

İlk dəfə belə fakt 1578-ci ildə qeydə alınıb. Həmin tarixdə Norveçin Berqen şəhərinə sarı rəngli siçanlar yağıb.

1861-ci ilin fevralında isə Sinqapurda baş vermiş zəlzələdən sonra üç gün davam edən yağış özü ilə bərabər minlərlə balıq gətirib. Yağışdan sonra insanlar küçələrə səpilən balıqların göydən yağdığını təsdiq ediblər. Balıq yağışı sonralar bir çox ölkələrə yağıb.

7 sentyabr 1953-cü ildə Amerikanın Lester və Massaçusetse şəhərinə minlərlə qurbağa və xərçəng yağıb.

Ən qəribə və tükürpərdici yağıntılardan biri 2001-ci ildə Hindistanın Keral ştatına yağan qan yağışıdır. Yerli qəzetlər anormal təbiət hadisəsinin baş verdiyini yazaraq qeyd ediblər ki, göydən yağan yağıntı çəhrayı və açıq qırmızı rəngində olub.

Yağıntıdan götürülən nümunənin kimyəvi təhqiqatı zamanı ölçüyə görə maddənin tərkibində əhəmiyyətsiz miqdarda natrium və dəmir eləcə də 50 faiz karbon, 45 faiz oksigen aşkar edilmişdir.

Təhqiqatçılar vurğulayıblar ki, "qanlı" yağışın hissəciklərində eritrositlərin aşkar edilməsindən söhbət belə gedə bilməz.

2007-ci il aprelin 6-da günorta saatlarında Argentinanın Salta əyalətində göydən müxtəlif rəngdə hörümçək yağmağa başlayır.

Hörümçəklərin ölçüsü təxminən on santimetrə qədər olub. Həmin ərəfədə Saltaya dostları ilə pasxa tətilinə gedən Kristian göydən yağan hörümçəklərin şəklini çəkməyə nail olub.

Elə həmin ili Amerikanın Louisiana əyalətinin Jennings kəndinə göydən soxulcan yağdığı sübut olunub.

Mesela Temmuz 2007’de ABD’de, Louisiana eyaletinin Jennings kentinde gökten solucan yağdı.

2011-ci ili yanvar ayında Amerikanın Arkanzas ştatına yüzlərlə qarğa və sərçə yağmışdır.

# 3313 dəfə oxunub

Oxşar xəbərlər

Bəşəriyyətin oxuya bilmədiyi yeganə kitab - Voyniç əlyazmasının sirri nədir?

Bəşəriyyətin oxuya bilmədiyi yeganə kitab - Voyniç əlyazmasının sirri nədir?

12:00 3 may 2026
Rəssamın əsərlərindən icazəsiz istifadə edən iki nəşriyyat - Bizdə elm, sənət niyə inkişaf etmir?

Rəssamın əsərlərindən icazəsiz istifadə edən iki nəşriyyat - Bizdə elm, sənət niyə inkişaf etmir?

11:30 3 may 2026
Türkiyənin Mərmərə Universitetində İntiqam Yaşarla görüş keçirildi

Türkiyənin Mərmərə Universitetində İntiqam Yaşarla görüş keçirildi

20:47 2 may 2026
İlqar Fəhmi:   “Muxtarov obrazına müraciət etməyimin əsl səbəbi...” - Müsahibə

İlqar Fəhmi: “Muxtarov obrazına müraciət etməyimin əsl səbəbi...” - Müsahibə

13:30 2 may 2026
Gürcüstandakı qədim tapıntıda buğdanın mənşəyi ilə bağlı yeni faktlar üzə çıxdı

Gürcüstandakı qədim tapıntıda buğdanın mənşəyi ilə bağlı yeni faktlar üzə çıxdı

13:15 2 may 2026
Ramiz Zöhrabov ilk dəfə hansı yeniliyi tətbiq etmişdi?

Ramiz Zöhrabov ilk dəfə hansı yeniliyi tətbiq etmişdi?

12:10 2 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər