“Salaam Cinema” memarlıq abidələrinin siyahısına daxil edilib

“Salaam Cinema” memarlıq abidələrinin siyahısına daxil edilib
3 avqust 2019
# 11:05

Nazirlər Kabineti “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən, Bakı şəhərində S.Rüstəm küçəsi, 10 ünvanında yerləşən 1913-cü ildə tikilmiş İbadət evi (“Salaam Cinema Baku”) və R.Rza küçəsi (34) ilə H.Aslanov küçəsinin (85) kəsişməsində yerləşən məscid "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nda Memarlıq abidələri” bölməsinə daxil edilib.

Beləliklə, hər iki abidə dövlət mühafizəsinə götürüləcək.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Salaam Cinema Baku” kinoteatrının yerləşdiyi binanın tarixi əhəmiyyətini və memarlıq üslubunu nəzərə alaraq binanı yeni aşkar olunan tarixi abidələr siyahısına salıb. Bundan sonra iyun ayında Nazirlər Kabineti kinoteatrın yerləşdiyi binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınmasına rəy verməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) müraciət edib. AMEA-nın Memarlıq və İncəsənət İnstitutu binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınmasına müsbət rəy verib və hazırladığı rəyi Mədəniyyət Nazirliyinə göndərib.

Xatırladaq ki, Bakı şəhəri Süleyman Rüstəm küçəsi 10 ünvanında yerləşən və “Malakanların evi” kimi tanınan tarixi bina özəl mülkiyyətdədir. Hazırda binada "Salaam Cinema Baku” kinoteatrı fəaliyyət göstərir. Mayın əvvəlində mülkün sahibi müqavilənin vaxtı bitdiyi üçün kinoteatrı binadan çıxarıb oranı təmir etmək istəyib. Lakin kinoteatrın əməkdaşları binadan çıxmaqdan imtina ediblər. Onlar mülkiyyətçinin binanı sökəcəyini iddia edirdilər. "Salaam Cinema Baku” əməkdaşları məsələ ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıblar. Birinci vitse-prezident məsələni nəzarətə götürüb.

# 3142 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər