“Pozitiv düşün, bəlkə ölmüşəm?...” – Gülməli Sevgi Mesajları

“Pozitiv düşün, bəlkə ölmüşəm?...” – Gülməli Sevgi Mesajları
24 iyul 2019
# 18:15

Kulis.az gülməli sevgi mesajlarını təqdim edir.

Deyirsən, birdən-birə sevmək olmur, kreditlə başlasaq bəlkə?

Sənin üçün dağı dəlsəm, “Səndən yaxşı metro işçisi çıxar” deyər və gedərsən.

Panikaya düşmə. Vaxtıyla hamı sevib. Keçəcək.

Səhərlər yemək yemirəm – səni düşünürəm. Günortalar da eləcə. Gecələrsə, acından yata bilmirəm.

Problem sənin məni sevməməyində deyil, sənə görə mənim heç kəsi sevə bilməməyimdədir.

Sənə sarılmağı ona görə çox istəyirəm ki, üzünü görmürəm.

Yadda saxla, əlini tutan adam yanlışdırsa, bütün mövsümlər qışdır.

Doqquz dəfə sev – onuncu olum, gerçəkdən sev – sonuncu olum!

Aşqım, səni sevirəm, amma pulu daha çox sevirəm. Pulun nə önəmi var deyirsən. Əlbəttə. Əsas pul deyir, onun miqdarıdır.

Əzizim, köpəklə kişinin fərqi nədir bilirsənmi? Biri yalnız xalçanı batırır, o biri bütün həyatını!

Bilirsən, niyə tarazlığımı itirdim? Sol tərəfimə çox yükləndin!

Dostum deyir, gözəl qadınları görəndə evli olduğum yadıma düşür. Məndə əksindədir: yadımdan çıxır!

Səni sevmək ağır işdir, 24 saat, altı-bazar yox... Belə istismar olmaz.

Sənə bir etiraf edim, əvvəl elə bilirdim sevmək hisslərin coşqunluğundandır, indi başa düşmüşəm ki, ağlın azlığındandır.

Anandan soruş gör ona kürəkən lazımdır?

Əzizim, səndən yoxdur, olmayıb, olmayacaq. Heç lazım da deyil.

Sənə hirslənsəm, özümdən küsürəm.

Ölmək nədir ki… Mən sənlə yaşamağı gözə almışam.

Bu mesajı oxudunsa, mənə heyransan. Vecinə deyilsə, məni sevirsən. Cavab versən, mənsiz yaşaya bilmirsən. Cavab verməsən, mənə vurğunsan. Görək indi nə edəcəksən?

İncimə, mən də istəyirəm aramızda nəsə olsun. Məsafə, məsələn.

Əzizim, səni mənə Allah özü göndərib. Amma mən nə günah eləmişdim ki...

Hər yerdə varsan, lənət olsun, sənsizlikdə də.

Qəribədir: yenə vuruldum, yenə də sənə...

Surətpərəst olma. Əsas daxili zənginlikdir. Məsələn, soyuducunu götürək...

Hər şeyin dadı qaçmışdı, elə bildim sənə görədir. Bir də baxdım duz yerinə duzqabına soda tökmüşəm. Sən allah bağışla. Başını ağrıtdım...

İnan mənə, ölənədək səni sevəcəm. Öləndən sonra da səni sevərdim. Amma özün də bilirsən ki, sənə cənnətdə yer olmayacaq.

İş yeriniz uzaqdır. Gedib gəlmək çətindir. Ona görə başqasını sevəsi oldum. Əlvida.

Sənə mesaj yazmıramsa hirslənmə, pozitiv düşün, bəlkə ölmüşəm?

# 33091 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər