Bakıda Rus Mədəniyyət Mərkəzi açılıb

Bakıda Rus Mədəniyyət Mərkəzi açılıb
19 may 2018
# 16:14

Bakıda Rus Mədəniyyət Mərkəzinin əsaslı təmirdən sonra təqdimat mərasimi keçirilib.

Azərtac xəbər verir ki, Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin , təqdimat mərasimində çıxış edib. O vurğulayıb ki, 1993-cü ildə yaradılmış Bakıda Rus Mədəniyyət Mərkəzi özünün 25 illiyi qeyd edir. Mərkəzin təsisçisi Azərbaycan Rus İcmasıdır.

Vaxtilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Rus Mədəniyyət Mərkəzinin işinə çox böyük dəstək verirdi, bu gün isə Prezident İlham Əliyev bu dəstəyi davam etdirir. Ötən illər ərzində Mərkəz tərəfindən rus mədəniyyətinin, rus dili və ədəbiyyatının, ənənə, adət və mərasimlərin qorunub saxlanması, inkişaf etdirilməsi və təbliği, millətlərarası əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, rus və Azərbaycan xalqlarının, habelə Azərbaycan ərazisində yaşayan digər xalqların mədəniyyətlərinin qarşılıqlı nüfuz etməsi və bir-birini zənginləşdirməsi sahəsində çox böyük işlər görülüb.

Mərkəz rus və Azərbaycan mədəniyyətlərinin görkəmli xadimlərinin yaradıcılığına həsr edilmiş ədəbi və musiqili tədbirlər, pravoslav bayramları şərəfinə konsertlər təşkil edir.

Mərkəzdə müntəzəm olaraq rus rəssamlarının əsərlərinin sərgiləri, Azərbaycanda yaşayan rus yazıçı və şairlərinin kitablarının təqdimatı, Azərbaycanın, Rusiyanın və yaxın xarici ölkələrin görkəmli mədəniyyət xadimləri ilə yaradıcılıq görüşləri keçirilir.

M.Zabelin Rus Mədəniyyət Mərkəzinin binasının yenilənməsində iştirak edənlərin hamısına minnətdarlığını bildirib, o cümlədən Sankt-Peterburq Qanunverici Məclisinin sədri Vyaçeslav Makarova, Sankt-Peterburqdakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişova, habelə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımova təşəkkürnamələr təqdim edib. Vaqif Məmişov xalqlarımız arasında mədəni əlaqələrin inkişafında və möhkəmlənməsində böyük xidmətlərinə görə Mixail Zabelinə və Rus Mədəniyyəti Mərkəzinin direktoru Qalina Manafovaya qızıl medal təqdim edib.

Sankt-Peterburq Qanunverici Məclisinin sədri Vyaçeslav Makarov təbrik çıxışında qeyd edib ki, Bakıdakı Rus Mədəniyyət Mərkəzi rus milli qaynaqlarının və dərin beynəlmiləlçiliyin, Azərbaycan xalqının və bu ölkədə yaşayan digər xalqların mədəniyyətinə hörmətin sintezidir. Ümumiyyətlə, Bakının rusdilli mədəniyyəti fenomeni olduqca qiymətli və maraqlıdır.

Sonda Rus Mədəniyyət Mərkəzi yanında yaradıcı kollektivlərin iştirakçılarının ifasında konsert olub.

# 2165 dəfə oxunub

Oxşar xəbərlər

"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun:  Avropol serb qadını axtarışa verdi

"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun: Avropol serb qadını axtarışa verdi

10:11 6 noyabr 2026
Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər