Bakıda Puşkinin 220 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakıda Puşkinin 220 illiyinə həsr olunmuş tədbir keçirilib
11 iyun 2019
# 17:05

İyunun 11-də Bakı Dövlət Universitetində (BDU) böyük rus şairi Aleksandr Puşkinin anadan olmasının 220 illiyinə həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, 21-ci dəfə təşkil edilən tədbir "Puşkiniana" Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi, Rusiya Əməkdaşlıq Təşkilatının Azərbaycan nümayəndəliyi, Rus İcması və Rusdilli təhsil müəssisələrinin müəllimləri Assosiasiyasılarının təşkilatçılığı ilə baş tutub.

Tədbirdə həmçinin "Puşkiniana - 2019"un qalibləri mükafatlandırılıblar. Millət vəkili Mixail Zabelin qaliblərə diplom və mükafatları təqdim edib edərək "Puşkiniana"nın təşkilatçılarına minnətdarlığını bildirib: "Azərbaycanda böyük rus ədəbiyyatçılarına həsr olunmuş tədbirlərin keçirilməsi, rus dili üzrə olimpiadaların təşkili adət halını alıb. Bu Azərbaycan xalqının multikultural dəyərlərə hörmətinin əlamətidir. Biz zaman-zaman kimlərinsə Azərbaycan Rusiya əlaqələrinin pozmağa çalışdığının şahidi olmuşuq. Biz yaxın günlərdə Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışını, 15 iyun Qurtuluş gününü qeyd edəcəyik. Kimlər ki, Azərbaycanda azlıqlara qarşı dözümlü deyildilər, həmin adamlar xalq tərəfindən qəbul olunmurdular, məhz buna görə də, xalqın israrlı təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəldi. Mən buna görə də Azərbaycan xalqına və hakimiyyətinə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Biz bu gün yenə də əlaqələrimizin möhkəmliyinə şahid oluruq".

Daha sonra tədbir Puşkinin yaradıcılığına həsr olunmuş şeir və musiqi parçaları ilə davam edib.

# 3221 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

12:49 7 avqust 2026
Damla-damla yoxa çıxan zövqümüz...  — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

Damla-damla yoxa çıxan zövqümüz... — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

12:30 7 avqust 2026
Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər