Bakıda Gənc Pianoçuların I Beynəlxalq Müsabiqəsi başlayıb

Bakıda Gənc Pianoçuların I Beynəlxalq Müsabiqəsi başlayıb
1 iyun 2019
# 14:12

İyunun 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə “Caspian etude” I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsinin açılış mərasimi olub.

Muğam Mərkəzində reallaşan açılış mərasimində Baş İdarənin rəisi Cəlil Məlikov çıxış edərək müsabiqə barədə məlumat verib. Bildirib ki, müsabiqə Azərbaycan bəstəkarlarının yaradıcı irsini, musiqisini tanıtmaq, gənc, istedadlı musiqiçiləri aşkar etmək və dəstəkləmək, aparıcı müəllimlərin yenilikçi ideyalarının və təcrübələrinin mübadiləsi, həmçinin iştirakçı ölkələr arasında beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır.

Daha sonra Cəlil Məlikov müsabiqənin münsiflər heyətini təqdim edib. Bildirib ki, gənc istedadları Joakin Rodriqo adına Valensiya Musiqi Konservatoriyasının professoru Marina Bleyns (İspaniya), Sveşnikov adına Dövlət Akademik Rus Xorunun konsertmeysteri Nikita Volov (Rusiya), tanınmış pianoçu Marko Frey və Azərbaycanın Xalq artisti, beynəlxalq mükafatlar laureatı Murad Hüseynovdan ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.

Diqqətə çatdırılıb ki, 16 yaşına qədər iştirakçılar arasında, dörd yaş kateqoriyasında keçiriləcək müsabiqədə musiqi və incəsənət məktəblərinin, ixtisaslaşmış musiqi təhsili müəssisələrinin və musiqi kolleclərinin tələbələri iştirak edirlər.

Münsiflər heyətinin üzvləri çıxışlarında müsabiqə iştirakçılarına uğurlar arzulayıblar. Qeyd ediblər ki, müsabiqədə iştirak gənc musiqiçilərin fərdi yaradıcılığının inkişafını, həmçinin onların ifaçılıq vərdişlərinin gələcəkdə təkmilləşdirilməsini, konsert və pedaqoji repertuarlarının dünyada məşhur olan ən yaxşı klassik musiqi nümunələri ilə zənginləşməsini təşviq edəcək.

Tədbir müsabiqə iştirakçılarının çıxışlarının dinlənilməsi ilə davam edib.

Qeyd edək ki, yaş qrupları üzrə dinləmələr 2-3 iyunda davam edəcək. İyunun 3-də Muğam Mərkəzində Münsiflər Heyəti üzvlərinin konserti keçiriləcək. Müsabiqənin sonuncu günü, iyunun 4-də Muğam Mərkəzində müsabiqə iştirakçıları tanınmış pianoçularin ustad dərslərində iştirak edəcək. Həmin gün müsabiqənin rəsmi bağlanışı, qaliblərin mükafatlandırma mərasimi və laureatların qala konserti olacaq. /azertag.az/

# 2989 dəfə oxunub

Oxşar xəbərlər

"Dörd kitab oxuyan beşincini özü yazmaq istəyir, amma..." - Ulucay Akif

"Dörd kitab oxuyan beşincini özü yazmaq istəyir, amma..." - Ulucay Akif

17:50 3 noyabr 2025
"Rənglər mən öləndən sonra da yaşayacaq" - Anri Matisin son duası nə idi?

"Rənglər mən öləndən sonra da yaşayacaq" - Anri Matisin son duası nə idi?

17:27 3 noyabr 2025
Bakıda "Baku Steel Art 2025” sərgisi açıldı

Bakıda "Baku Steel Art 2025” sərgisi açıldı

17:25 3 noyabr 2025
Məşhur aktrisa doğum günündə vəfat etdi

Məşhur aktrisa doğum günündə vəfat etdi

16:42 3 noyabr 2025
Tanınmış dizayner  nüfuzlu mükafata layiq görülüb

Tanınmış dizayner nüfuzlu mükafata layiq görülüb

16:40 3 noyabr 2025
Rusiyanın Xalq artistinin çıxışına qarşı piket keçirildi

Rusiyanın Xalq artistinin çıxışına qarşı piket keçirildi

16:15 3 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər