Azərbaycanda uşaqlar üçün qeyri-adi kitab aksiyası başladı

Azərbaycanda uşaqlar üçün qeyri-adi kitab aksiyası başladı
27 may 2019
# 17:01

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Altun kitab” nəşrlər evi və “Login” mağazalar şəbəkəsi “Sevgi gətir, kitab apar!” adlı birgə layihəyə başlayıb.

“Altun kitab”dan Kulis.aza verilən məlumata görə, mayın 25-də start verilən aksiya iyunun 10-dək davam edəcək.

Layihə şərçivəsində uşaqlar öz seçimlərinə görə vətənə, təbiətə, ailə üzvlərinə, dostlarına, eləcə də ədəbi qəhrəmanlar və ya tarixi şəxsiyyətlərdən hər hansı birinə sevgilərini rəsm, şeir, esse, məktub və s. ilə ifadə edərək mağazalarımıza gətirir və əvəzində 2 kitab hədiyyə alırlar.

Hədiyyələrin sayı artıq da ola bilər; məsələn, uşaq həm rəsm, həm şeir gətirirsə, hərəsinə ayrılıqda kitablar hədiyyə verilir.

Sonda toplanan rəsmlər, mətnlər yoxlanılır, aralarından 3-ü seçilir və xüsusi mükafatlandırılır.

Təqdim edilən materiala müəllif haqqında məlumat (ad, soyad, yaş, oxuduğu bağça/məktəb, yaşadığı ünvan, əlaqə nömrəsi) əlavə olunmalıdır.

Nəşrlər evindən o da bildirilib ki, aksiyaya “İki ayı balası”, “Çil toyuq və siçan”, “Kim Miyo dedi”, “Turp”, “Üç pişik balası”, “Qoğal”, “Şir və siçan” kimi nağıl kitablarından tutmuş Prosper Merime və Ömər Seyfəddin kimi yazıçıların hekayə topluları, Arif Əliyevin “Tarixi yanlışlıqlar – hadisələr” və “Tarixi yanlışlıqlar – ixtiralar”, Ayzek Azimovun “Sözlərin tarixi”, kimi maraqlı kitabları, 3-4, 4-5 və 5-6 yaş qrupları üzrə məktəbə hazırlıq vəsaitləri, “Tarixi yaradanlar” seriyasından Əmir Teymur, Atilla, Atropat, Şirvanşah I İbrahim, Makedoniyalı İsgəndər, Uzun Həsən, Qay Yuli Sezar və Corc Vaşinqton haqqında kitablar, eləcə də alınma sözlər və frazeologiya lüğətləri (müəlliflər: Qulu Məhərrəmli, Rafiq İsmayılov), həmçinin ibtidai siniflər üçün terminlər lüğəti (müəllif: Nigar Həbibova), Antonio de Mellonun “Tanrı nə vaxt gülür” və “Bir dəqiqə müdriklik” kimi əsərləri, Azərbaycan dili fənni üzrə orta məktəblərin 1-ci, 2-ci, 3-cü və 4-cü siniflər üzrə tətil tapşırıqları, məşhur ingilis yazıçısı Road Dahl tərəfindən qələmə alınan və dünya uşaq ədəbiyyatının klassikləşmiş əsərləri sırasına daxil olan “Çarli və şokolad fabriki” və s. kimi bir-birindən maraqlı nəşrlər daxil edilib.

# 4915 dəfə oxunub

Oxşar xəbərlər

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər