Azərbaycan şairləri Dünya Yazarlarının Belqrad görüşündə

Azərbaycan şairləri Dünya Yazarlarının Belqrad görüşündə
20 sentyabr 2019
# 17:32

Əjdər Ol və Fərid Hüseyn Dünya Yazarlarının 56-cı Belqrad Görüşündə (19-23 sentyabr) iştirak edirlər.

Kulis.az xəbər verir ki, tədbirdə Belarusiyadan İvan A.Çarota, Bolqarıstandan Pavlina Pavlova, Böyük Britaniyadan Ceyms Saterlend, İsraildən Dorit Siberman, İtaliyadan Valentino Lozito, Polşadan Qjeqoj Valçak, Rumuniyadan Spirdon Kasiyan, Rusiyadan Vadim Mesyaç, Yevgeni Çiqrin, Lera Manoviç, Sergey Qlovyuk, Makedoniyadan Katiça Hylabkova, Slovakiyadan Milan Rixter, Tunisdən Abdal Əl Qasimi, Türkiyədən Məsut Şənol, Osman Öztürk, Fransadan Albertine Benedeto, Çernaqoriyadan Noviça Hyriç və serb yazarları təmsil olnurlar. Ədəbi festivalın zəngin gündəliyi var.

Belə ki, 20 sentyabrda Serbiya Milli Kitabxanasında festivalın rəsmi açılışı baş tutub. Festival müddətində Serbiya Yazarlar Assosiasiyasında "Milli ədəbiyyatlar və qloballaşma”, "Nəzm – ümid, cəsarət və etiqad” adlı mövzularda dəyirmi masalar və həmin günün axşamında isə iştirakçıların təqdimat və qiraət gecəsi keçiriləcək.

21 sentyabrda "Rakoviçada ruhi poetik təsirlər” adlı tədbir olacaq, laureatlara "Povelja Morave" mükafatının təqdim ediləcək. Həmin günün axşamı festival iştirakçıları Serbiyanın müxtəlif şəhər və kəndləri ilə tanışlıq üçün yola salınacaq. Növbəti gün isə qonaqlar. Qeyd edək ki, şairlər qruplar şəklində Serbiyanın Aleksandrovaç, Beoipag, Veliko Qradişşe, Vrnaçka Bana, İnciya, Mrçayevçi, Pançevo, Pojeia, Zlaşibor və Pojarevaç şəhərlərinə göndəriləcəklər. Əjdər Ol və Fərid Hüseyn Serbiyanın Zlaşibor şəhərində poeziya axşamlarında çıxış edəcək qrupda təmsil olunacaqlar.

23 sentyabr 11:00-da Serbiya Yazarlar Assosiasiyasında "Sumadija metaforaları" adlı müzakirə saatı, 14.00-da Əjdər Olun "Səhra komandirimin meymunu” adlı hekayələr və Fərid Hüseynin "Qəlbin tərbiyə dərsləri” adlı şeir kitablarının (serb dilində) təqdimat mərasimi keçiriləcək.

Həmin gün Momçilo Nastasijeviçin 125 illik, Volt Vitmanın 200 illik yubileyi qeyd olunacaq.

21 sentyabr 18:00-da Belqrad Dövlət Universitetinin Filologiya fakültəsində şair, filologiya elmləri doktoru Sona Vəliyevanın serb dilində nəşr edilmiş "Dünya görüş yerimiz” adlı şeirlər kitabının təqdimat mərasimi reallaşacaq. Ədiblərimizin kitab təqdimatlarında Azərbyacanın Serbiyadakı səfirliyinin nümayəndələri iştirak edəcəkdir.

# 2812 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

17:00 4 noyabr 2025
Mikayıl Müşfiqin hüquqi varisi:  "Qanun qarşısında cavab verəcəklər..."

Mikayıl Müşfiqin hüquqi varisi: "Qanun qarşısında cavab verəcəklər..."

16:55 4 noyabr 2025
Nizami Cəfərov:  "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

Nizami Cəfərov: "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

16:05 4 noyabr 2025
“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

15:47 4 noyabr 2025
Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

14:59 4 noyabr 2025
Bir tək sən mühümsən, eşq... - Günün mahnısı

Bir tək sən mühümsən, eşq... - Günün mahnısı

13:46 4 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər