Azərbaycan Nyu-Yorkda keçirilən “İpək Yolu” festivalında

Azərbaycan Nyu-Yorkda keçirilən “İpək Yolu” festivalında
4 iyun 2019
# 17:01

Nyu-Yorkun mərkəzindəki “Master Theater”da “İpək Yolu” festivalı keçirilib. İpək Yolu Asiya, Avropa və Afrika ölkələrindən 40-dan çox ölkəni quru, eləcə də dəniz yolu ilə birləşdirən mədəniyyət, fikir, sənət və musiqi mübadiləsi festivalıdır. İpək Yolu min illərdir mövcud olmuş ölkələrin mədəniyyətini zənginləşdirib, qarşılıqlı anlaşma, tolerantlıq və hörməti inkişaf etdirib.

Festivalda Azərbaycan, Çin, Gürcüstan, Hindistan, Monqolustan, İsrail, Türkiyə və digər ölkələrin musiqiçiləri və rəqqasları iştirak ediblər. Soydaşlarımızın çıxışlarını izləmək və dəstəkləmək məqsədilə Meyn ştatındakı azərbaycanlı icmasının, Azərbaycan-Nyu York Assosiasiyasının üzvləri, Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndəsi tədbirə qatılıb.

Festivalda ölkəmizi Samir Quliyev (Nyu York) “Azərbaycan”, Orxan Ağayev (Nyu-York) “Sənə də qalmaz”, Emin Eminzadə (Bakı) “Treasure me” və “Синяя вечность” mahnıları, “Mənim Yolum” rəqs qrupu (Nyu York) “Mənim Azərbaycanım”, Tahir Eynullayev (Bakı) “Məzəli rəqs” və Səbinə Nəcəfova (Portland) “Uzundərə” rəqsləri ilə təmsil ediblər.

Nyu-York şəhərinin meri Bill De Blazio bu festivalda yüksək səviyyədə iştirak etdikləri üçün “My Way” Uşaq və Gənclərin İnkişafı Mərkəzinin rəhbəri Alyona Bədəlovaya təşəkkür məktubu göndərib./azertag.az/

# 3854 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış aktrisanın oğlu vəfat etdi

Tanınmış aktrisanın oğlu vəfat etdi

14:30 21 sentyabr 2026
Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

14:17 21 sentyabr 2026
Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunan kitab sərgisi açıldı

Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunan kitab sərgisi açıldı

14:15 21 sentyabr 2026
Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

13:30 21 sentyabr 2026
Ramana qəsrində muzey fəaliyyətə başladı

Ramana qəsrində muzey fəaliyyətə başladı

13:13 21 sentyabr 2026
"Kim tənqid edir, özü bilər" -  Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

"Kim tənqid edir, özü bilər" - Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

13:09 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər