Barselona Ermitajı 2022-ci ildə fəaliyyətə başlayacaq

Barselona Ermitajı 2022-ci ildə fəaliyyətə başlayacaq
9 iyul 2019
# 14:40

Yapon memarı Toto İtonun İspaniya üçün layihələşdirdiyi muzey özünün məxsusi rəsm kolleksiyasına malik olacaq və fəaliyyətinin ilk ilində 850 min ziyarətçi qəbul edə biləcək.

Muzey binasının tikintisi və onu açılışa hazırlamaq üçün təqribən 52 milyon avro lazımdır. Bu vəsaitin 5 milyonu 2012-ci ildə imzalanmış sazişin şərtlərinə əsasən 50 il müddətində fəaliyyət izni verən lisenziya almaq məqsədilə Rusiyanın Ermitaj muzeyinə ödəniləcək.

Layihənin promouterləri bildirirlər ki, muzey binası Barselona şəhərinin və ölkənin möhtəşəm mədəniyyət abidəsi olacaq. Onun zahiri divarları qeyri-adi formaya malik olacaq və sahilə can atan dalğaları xatırladacaq. Daxildə isə yeddi divar tikilməsi planlaşdırılır ki, onlar da çoxsaylı zalları birləşdirəcək. Hündürlüyü 25 metr olacaq və 3 240 kvadratmetri əhatə edəcək bina dörd mərtəbədən, o cümlədən bir zirzəmidən ibarətdir. Tikilinin damının isə açıq olması nəzərdə tutulur.

Rusiya muzeyinin təqdim edəcəyi rəsm əsərləri ilə yanaşı, Barselona muzeyində məxsusi kolleksiyanın yaradılması planlaşdırılır. Bu eksponatlar satın alınacaq, yaxud kolleksiyaçıların hədiyyə edəcəyi əsərlərdən formalaşacaq.

Altı iri sərgi zalından ən böyüyünün sahəsi 800 kvadratmetr olacaq. Burada Rusiya Ermitajından gətiriləcək əsərlər maksimum 5 il müddətində tematika prinsipi ilə nümayiş etdiriləcək. Sahəsi 500 kvadratmetr olacaq ikinci böyük zalda muzeyin öz eksponatları təqdim ediləcək. Bundan başqa, muzeydə müvəqqəti sərgilər üçün zal ayrılacaq, hər ayın ən yaxşı əsəri müəyyən ediləcək, tənqid guşəsi olacaq. Sonuncuda nümayiş etdirilən əsərlərdən biri Total Museology şirkətinin hazırladığı muzey proqramına uyğun olaraq diqqətlə təhlil ediləcək. /azertag.az/

# 2770 dəfə oxunub

Oxşar xəbərlər

Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

14:17 21 sentyabr 2026
Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunan kitab sərgisi açıldı

Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunan kitab sərgisi açıldı

14:15 21 sentyabr 2026
Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

13:30 21 sentyabr 2026
Ramana qəsrində muzey fəaliyyətə başladı

Ramana qəsrində muzey fəaliyyətə başladı

13:13 21 sentyabr 2026
"Kim tənqid edir, özü bilər" -  Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

"Kim tənqid edir, özü bilər" - Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

13:09 21 sentyabr 2026
Şahzadə Diananın qardaşı ilə Kral Çarlz arasında gərginlik

Şahzadə Diananın qardaşı ilə Kral Çarlz arasında gərginlik

13:00 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər