Məşhur detektivin ailə sirləri haqda yeni film çəkilir

Məşhur detektivin ailə sirləri haqda yeni film çəkilir
29 iyun 2019
# 11:37

Şerlok Holmsun anası rolunu Helena Bonem Karter oynayacaq.

"Supermen" filmindən hamının tanıdığı britaniyalı aktyor Henri Kavill "Enola Holms" filmində rol alıb.

Aktyor filmdə dünyaca məşhur detektiv Şerlok Holms rolunu canlandıracaq.

Ekran əsəri Şerlokun bacısı haqqındadır. Çəkiləcək film detektiv roman yazarı, amerikalı Nensi Springerin "Enola Holmsun sirləri" əsəri əsasındadır. Roman 2006-2010-cu illər arasında yayımlanıb. Şerlok və Maykroft Holmsların bacısı olan Enolanın da detektiv araşdırmalarına böyük həvəsi olub. Enola roluna Milli Bobbi Braun, anası roluna britaniyalı aktrisa Helena Bonem Karter dəvət alıblar.

Qeyd edək ki, adıçəkilən filmin rejissoru Qarri Bredbir, ssenari müəllifi isə Cek Torndur. Filmin çəkilişlərinə bu yay start veriləcək. /sputnik.az/

# 3541 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər