Tiflisdə Azərbaycanca çıxan iki jurnal təqdim olunub

Tiflisdə Azərbaycanca çıxan iki jurnal təqdim olunub
23 iyul 2018
# 09:58

Gürcüstanda ilk dəfə Azərbaycan və gürcü dillərində nəşr edilən “Şəfəq-Sxivi” və “Körük” jurnallarının təqdimat mərasimi olub.

Gürcüstan Yazıçılar Birliyində (GYB) keçirilən tədbirdə Azərbaycan və Türkiyədən yazıçılar, ictimaiyyət nümayəndələri, Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Zaur Darğallı və digər rəsmi şəxslər iştirak ediblər.

Gürcüstan Yazıçılar Birliyinin sədri Bağatur Arabuli Azərbaycan və Gürcüstan arasında dostluq əlaqələrindən danışıb, Tbilisidə Azərbaycan dilində bu cür jurnalların nəşrini mühüm hadisə adlandırıb. Bildirib ki, GYB-də Azərbaycan bölməsinin yaradılması, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, professor, yazıçı Afaq Məsudun iştirakı ilə Tbilisidə “Müasir Azərbaycan nəsri antologiyası”nın təqdimatının keçirilməsi, şair və yazıçılarımızın əsərlərinin Azərbaycan və gürcü dillərinə tərcümə olunması ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Bu münasibətlərin daha da genişləndirilməsi, iki ölkənin gənc şair və yazıçıları arasında əlaqələrin inkişaf etdirilməsi üçün layihələr hazırlanır.

Bağatur Arabulinin sözlərinə görə, “Şəfəq-Sxivi” jurnalının ilk nömrəsində Azərbaycan yazıçıları ilə yanaşı, gürcü klassiklərindən Vaja Pşaveli, poeziya incilərindən Qalaktion Tabidze, tənqidçilərdən Zaal Borkoveli və başqalarının əsərlərinin Azərbaycan dilinə tərcümə olunması gürcü ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Bu, həm də Azərbaycan-Gürcüstan dostluğuna bariz nümunədir.

Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsinin rəhbəri, yazıçı-publisist Allahverdi Təhləli jurnalın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıq edib. O, Azərbaycan və gürcü xalqlarının oxşar taleləri, ədəbi mühiti, mədəni əlaqələrimizin inkişaf perspektivləri barədə məlumat verib.

Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Zaur Darğallı Azərbaycanda gürcü ədəbiyyatının, eləcə də Gürcüstanda Azərbaycan mədəniyyətinin eyni dərəcədə sevildiyini bildirib. Gənclərin ədəbiyyata, şeirə marağının artırılması istiqamətində layihələr hazırlanmasının vacibliyini vurğulayıb.

Digər çıxış edənlər Azərbaycan-Gürcüstan mədəni əlaqələrindən, Tbilisidə yaşayıb-yaratmış Mirzə Şəfi Vazeh, M.F.Axundzadə, C.Məmmədquluzadə, eləcə də Gürcüstanda anadan olmuş Nəriman Nərimanov, Rəşid Behbudov, Bülbül və digər ictimai-siyasi və mədəniyyət xadimlərinin mədəni əlaqələrimizin inkişafındakı xidmətlərindən danışıblar.

# 2490 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər