Cizgi filmlərimiz Polşada nümayiş olunub

Cizgi filmlərimiz Polşada nümayiş olunub
13 noyabr 2019
# 17:00

Polşanın Lodz şəhərində “StopTrik” adlı beynəlxalq animasiya film festivalı keçirilib. Festivalda bir çox ölkələrin cizgi filmləri nümayiş olunub.

Kulis.az xəbər verir ki, bu barədə Azərbaycanın Polşadakı səfirliyindən bildirili. Sözügedən festivalda ölkəmizi “Animafilm” kinostudiyası təmsil edib.

Tədbirdə Azərbaycan cizgi animasiya ilə maraqlanan polyaklar, tələbələr və Polşada yaşayan azərbaycanlılar, o cümlədən səfirliyin əməkdaşları Emil Ağaəhmədov və Sadiq Babayev ailələri ilə birgə iştirak ediblər.

Azərbaycan cizgi filmlərinin təqdimatından öncə “Animafilm” kinostudiyasının direktoru Rəşid Ağamaliyev çıxış edərək iştirakçılara ölkəmizin cizgi animasiya tarixi barədə məlumat verib.

Daha sonra Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşı Sadiq Babayev çıxış edərək “StopTrik” beynəlxalq animasiya film festivalı çərçivəsində təqdim edilən ayrı-ayrı ölkələrə məxsus cizgi filmlərinin izləyicilər tərəfindən maraqla qarşılandığını bildirib, eyni zamanda uğurlu təcrübə mübadiləsi olduğunu qeyd edib.

Səfirliyin əməkdaşı “Animafilm” studiyasına səfirlik adından təşəkkürünü bildirib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Festivalda təqdim edilmiş “Cırtdan”, “Tıq-tıq xanım”, Cırtdan nəhəng”, “İthaf” və digər Azərbaycan cizgi filmləri izləyicilər tərəfindən maraqla qarşılanıb.

Tədbirdə eyni zamanda səfirlik tərəfindən hazırlanmış Azərbaycanın tarixi, mədəniyyəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə aid 60-dan çox kitab və müxtəlif çap materialı xüsusi hazırlanmış masada təqdim edilib. /azərtac/

# 2478 dəfə oxunub

Oxşar xəbərlər

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

18:30 7 may 2026
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

16:40 7 may 2026
İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

16:35 7 may 2026
Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

16:20 7 may 2026
Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

14:00 7 may 2026
Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

13:40 7 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər