Dərbənddə Nizami Gəncəvinin abidəsi ucaldılacaq

Dərbənddə Nizami Gəncəvinin abidəsi ucaldılacaq
19 sentyabr 2019
# 09:45

Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi ucaldılacaq.

Abidənin Nizami Gəncəvinin adını daşıyan parkda 2020-ci ildə ucaldılması nəzərdə tutulub. Bu vaxtadək park bütövlükdə yenidən qurulacaq.

Dərbənd şəhərinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi İsa Maqomedov jurnalistlərə bildirib ki, bürünc abidənin hazırlanmasına artıq bu il başlanacaq.

Bir neçə ay əvvəl Dağıstanda Nizami Gəncəvinin abidəsinin hazırlanması üçün müsabiqə elan edilmişdi. Mahaçqaladan olan heykəltəraş Məhəmmədəli Əliyevin eskizləri müsabiqənin münsiflər heyəti tərəfindən bəyənilmişdi. Eskizlərdə Nizami Gəncəvi əlində qələm və kağızla əks olunub. (AzərTAC)

# 2969 dəfə oxunub

Oxşar xəbərlər

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

16:40 7 may 2026
İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

16:35 7 may 2026
Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

16:20 7 may 2026
İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

15:10 7 may 2026
Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

14:00 7 may 2026
Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

13:40 7 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər