“dOM” teatrı “Tuğanlıq” festivalında mükafat qazanıb

“dOM” teatrı “Tuğanlıq” festivalında mükafat qazanıb
10 iyun 2019
# 13:17

Azərbaycanlı rejissor Tərlan Rəsulovun rəhbərlik etdiyi “dOM” müstəqil teatrının kollektivi Başqırdıstanda keçirilən “Tuğanlıq” festivalında iştirak edib.

Müstəqil teatr festivalda ölkəmizi dramaturq İsmayıl İmanovun əsəri əsasında hazırlanmış Tərlan Rəsulovun quruluş verdiyi “Limbo” immersiv tamaşası ilə təmsil edib.

Türkdilli Teatrların Beynəlxalq “Tuğanlıq” Festivalı artıq yeddinci dəfə keçirilir və hər festivalda türkdilli dövlətlərin ən yaxşı teatr kollektivləri dəvət olunur.

Festival Ufada baş tutub. Respublikanın və M.Qafuri adına Başqırd Akademik Dram Teatrının 100 illiyinə təsadüf edən builki festivalda ümumilikdə 14 teatr kollektivi iştirak edib. Festival çərçivəsində Başqırdıstan, Tatarıstan, Azərbaycan, Krım, Qaqauz, Qırğızıstan, Tıva, Hakasiya, Özbəkistan, Türkiyə, Qazaxıstan, Altay Respublikasının teatr kollektivləri öz tamaşalarını təqdim ediblər.

Festivalın açılışı Rusiyanın milli “Qızıl maska” mükafatı laureatı – “Züleyxa gözlərini açır” tamaşası ilə olub. “dOM” teatrının kollektivi öz tamaşasını M.Qafuri adına BADT-nin kiçik səhnəsində oynayıb. Tamaşa Azərbaycan və rus dillərində ifa olunub. “Limbo” immersiv tamaşası qeyri-adi quruluşu və immersiv xarakteri ilə tamaşaçıların və mütəxəssislərin marağına səbəb olub. Başqırd tamaşaçılar aktiv şəkildə oyuna qoşularaq səhnədə baş verənlərə canlı reaksiya veriblər. “dOM” teatrının aktyorları “Yeni səhnə məkanının və tamaşaçı ilə ünsiyyət üsullarının mənimsənilməsi” nominasiyası üzrə xüsusi mükafata layiq görülüb.

Teatrın direktoru Tərlan Rəsulov, həmçinin festival çərçivəsində baş tutan “Mədəniyyətlərarası dilaoq və Türkdilli Teatrlar” adlı elmi-praktiki konfransda çıxış edib. Festivalın yekununda keçirilən etnokonsertdə isə teatrın aktrisası, Əməkdar artist Yaqut Paşazadə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş kompozisiya ilə çıxış edib.

Qeyd edək ki, “dOM” teatrı festivalda Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə iştirak edib. /azertag.az/

# 3076 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər