Azad Qaradərəlinin hekayəsi film olacaq - Fotolar

Azad Qaradərəlinin hekayəsi film olacaq - Fotolar
21 iyun 2019
# 14:03

Çexiyada yazıçı Azad Qaradərəlinin “Süd gölü” hekayəsi əsasında film çəkilib.

Kulis.az xəbər verir ki, “Bəyaz” adlanan qısametrajlı filmin ssenarisini Çexiya kino akademiyasınının – FAMU-nun magistraturasında təhsil alan Rövşən Qəmbərov yazıb (R.Qəmbərov həm də filmin rejissorudur).

"Hadisələrin məkanı Çexiyadır. Film 16 mm-lik kinoplyonkaya çəkilib. Təxminən 10 dəqiqəlik film olacaq. 2 aya post prodakşn işləri başa çatacaq. Bundan sonra film festivallara göndəriləcək". - film haqda Rövşən Qəmbərov məlumat verib.

Daha sonra rejissor bunları söyləyib: “Azad Qaradərəlinin “Süd gölü” hekayəsi müasir Azərbaycan ədəbiyyatında ən çox sevdiyim hekayələrdəndir. Onu vaxtilə “Oxu zalı”nda çap olunarkən oxumuşdum. Hekayə çox təsirli olmaqla yanaşı, həm də mövzusu çox orijinaldır. Ən əsası isə vizual olaraq əsl film materalıdır. Müasir yazarlarımızın belə hekayələri çoxdur. Bundan əvvəl FAMU-da yazıçı Sevinc Elsevərin “Cırıltı” hekayəsi əsasında da film çəkmişdim. Bəzi başqa hekayələrin adaptasiyası haqda da düşünürəm”.

Filmin çəkilişindən fotoları təqdim edirik:

Görüntünün olası içeriği: ev ve açık hava

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, ev, ağaç ve açık hava

Görüntünün olası içeriği: 1 kişi, açık hava

Görüntünün olası içeriği: 2 kişi, iç mekan

# 4886 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər