“Sənətkarlıq məhəlləsi” adlı festival keçiriləcək

“Sənətkarlıq məhəlləsi” adlı festival keçiriləcək
14 mart 2019
# 14:25

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi xalqımızın ən qədim milli bayramı olan Novruz münasibətilə martın 21-22-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Sənətkarlıq məhəlləsi - 2019” adlı festival keçirəcək.

Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə müxtəlif sənət nümunələri üzrə sənətkarlar, pəhləvanlar, Kosa, Keçəl və Bahar qızı kimi Novruz personajları iştirak edəcək. Bayram tonqalının yandırılması, zorxana oyunları, türk döyüş növlərinin nümayişi, xınayaxdı və “face art” mərasimlərinin təşkili, “Pozitiv kids” studiyasında uşaqlar üçün əyləncəli oyunlar, bəzək əşyalarının hazırlanma prosesi, ətirli çay dəstgahı, ləzzətli səməni halvası və s. kimi milli mətbəx nümunələrimizin təqdimatı iştirakçıları əsl nağıllar aləminə apararaq Qala qoruğunun tarixi ab-havasında keçmişə qaytaracaq.

Festival günlərində şəhərimizin sakinləri və əcnəbi qonaqların şənlikdə rahat iştirakını təmin etmək məqsədilə ödənişsiz nəqliyyat vasitələri fəaliyyət göstərəcək.

Festival iki gün müddətində gündüz saat 12:00-dan axşam saat 17:00-dək davam edəcək.

# 4018 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər