Ceyms Bond haqqında yeni film sonuncu ola bilər

Ceyms Bond haqqında yeni film sonuncu ola bilər
24 avqust 2019
# 10:04

İnternet şəbəkəsində Ceyms Bond haqqında filmin “Ölmək vaxtı deyil” adlı 25-ci hissəsinin çəkilişlərindən kadrlar yayılıb. Bu film sonuncu ola bilər.

İstifadəçilər Keri Fukunaqanın filminin Ceyms Bond haqqında franşizanın sonuncu hissəsi ola biləcəyini təxmin edirlər. Aktyor Deniel Kreyqin dublyoru 45 metrlik konstruksiyadan hoppanmanı yerinə yetirib. Bir çoxlarında belə bir sual yaranıb: Bond bundan sonra sağ qalacaqmı?

Bəzi fanatlar hesab edirlər ki, casus 007 həlak olacaq və “Ölmək vaxtı deyil” klassik serialın sonuncu hissəsi olacaq.

Daha əvvəl xəbər verilmişdi ki, Deniel Kreyqin sonuncu dəfə canlandıracağı Ceyms Bond ekoloji cinayətkarlar şəbəkəsini aşkarlayacaq. Filmin premyerası 2020-ci il aprelin 9-na planlaşdırılıb. Kino lentində, həmçinin Ana de Armas, Rami Malek, Kristof Valts, Lea Seydu çəkiliblər. /azertag.az/

# 4130 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış aktrisanın oğlu vəfat etdi

Tanınmış aktrisanın oğlu vəfat etdi

14:30 21 sentyabr 2026
Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

14:17 21 sentyabr 2026
Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunan kitab sərgisi açıldı

Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunan kitab sərgisi açıldı

14:15 21 sentyabr 2026
Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

13:30 21 sentyabr 2026
Ramana qəsrində muzey fəaliyyətə başladı

Ramana qəsrində muzey fəaliyyətə başladı

13:13 21 sentyabr 2026
"Kim tənqid edir, özü bilər" -  Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

"Kim tənqid edir, özü bilər" - Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

13:09 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər