Bakıda hind rəqslərindən ibarət konsert olacaq

Bakıda hind rəqslərindən ibarət konsert olacaq
14 avqust 2019
# 09:46

Avqustun 16-da Beynəlxalq Muğam Mərkəzində (BMM) Hindistan rəqs gecəsi təşkil ediləcək.

Muğam Mərkəzindən bildirilib ki, Hindistanın “Bihu Hindistan folklor rəqs” qrupunun iştirakı ilə keçirilən tədbirdə nağılvari hind rəqsləri təqdim olunacaq. Layihə Beynəlxalq Muğam Mərkəzi, Hindistanın Azərbaycandakı Səfirliyi və Hindistan- Azərbaycan Assosiasiyası tərəfindən təşkil olunacaq.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi fəaliyyət istiqamətində konsert və elmi-tədqiqat müəssisəsi olaraq birbaşa muğam və xalq musiqisi nümunələrinin, folklor musiqisinin, dünya klassiklərinin və müasir bəstəkarların əsərləri ilə yanaşı, dünya xalqlarının milli rəqslərini də təbliğ edir. Bu günə kimi BMM -nin “Etnomusiqi inciləri” layihəsi çərçivəsində Yunanıstan, İtaliya, Avstriya, İsrail və bir sıra ölkələrin musiqiçiləri Azərbaycan muğam ifaçıları ilə birlikdə konsert proqramları ilə çıxış ediblər. Eyni ilə BMM –nin təşkilatçılığı ilə İsveçrə, Fransa, Polşa, Çin Xalq Respublikası, Mərakeş, Hindistan, Rusiya, Gürcüstana Azərbaycan musiqiçilərinin səfəri təşkil edilib. Xarici dövlətlərdə musiqi sahəsində fəaliyyət göstərən mədəni qurumlarla əlaqələrin qurulması və beynəlxalq əməkdaşlıq Beynəlxalq Muğam Mərkəzinin prioritet istiqamətlərindən biridir. /azertag.az/

# 3927 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər