İsmayıl Şıxlının 100 illik yubileyi keçirilib

İsmayıl Şıxlının 100 illik yubileyi keçirilib
11 may 2019
# 16:22

Mayın 11-də Azərbaycanda Atatürk Mərkəzində Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib.

Tədbir “Qazax Xeyriyyə” İctimai Birliyi və Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Konfransda İsmayıl Şıxlının bədii irsinin və şəxsiyyətinin müxtəlif aspektləri ilə bağlı fikirlər söylənib, onun xarakterinə işıq salan xatirələr səsləndirilib.

Prezidenti İlham Əliyevin İsmayıl Şıxlının anadan olmasının 100 illiyinin qeyd olunması barədə müvafiq Sərəncamının icrası çərçivəsində keçirilən tədbiri “Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov açaraq iştirakçıları salamlayıb, diqqəti İsmayıl Şıxlı yaradıcılığının və şəxsiyyətinin Azərbaycanın mədəni və ictimai-siyasi tarixində tutduğu mövqeyə yönəldib. İştirakçıların diqqətinə çatdırılıb ki, “Qazax Xeyriyyə” İctimai Birliyi ölkəmizin həyatında baş verən mühüm hadisələrin qeyd olunmasında yaxından iştirak etməklə ölkənin mədəni yüksəlişinə öz töhfələrini verir və bu cür tədbirlər əhatə dairəsinə və ictimai məzmununa görə məhəlli səciyyə daşımır. Son aylarda Aşıq Ədalətin Qazaxda məzarüstü abidəsinin açılışı və böyük saz ustadının Bakıda 80 illik yubileyinin keçirilməsi, Xal yazıçısı İsa Muğannanın 90 illiyi, Qazax Müəllimlər Seminariyasının 100 illiyi münasibətilə elmi-praktik konfransların təşkili ölkəmizin mədəni həyatı üçün böyük önəm kəsb edir. İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş bu tədbirin də həmin silsiləni davam olduğunu vurğulayan İ.Pirməmmədov konfransın işinə uğurlar arzulayıb.

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərova çıxışında bildirib ki, İsmayıl Şıxlı haqda danışmaq xaldan danışmaq deməkdir. Araşdırmalar genişləndikcə İsmayıl Şıxlının dərinliyi hiss olunur. İsmayıl Şıxlı yaradıcılığına şeirlə başlasa da, sonradan nəsrə keçib. O, nəsrdə böyük uğurlar qazanıb. Xüsusilə “Dəli Kür” romanı müəllifinə böyük şöhrət gətirib. Onun nəsr dili çox sadədir. Hər kəs onun əsərlərini oxumaqdan yorulmurdu. Məhz ona görə də İsmayıl Şıxlı bütün oxuculara doğma görünür.

Tədbirdə çıxış edən ədəbiyyatşünas alim Məti Osmanoğlu deyib: “İsmayıl Şıxlı haqda danışarkən onun necə böyük bir insan, mükəmməl münasibətləri quran bir şəxsiyyət olduğunu vurğulamaq yerinə düşərdi. O, hər şeydən öncə bir müəllim idi və hər kəs onu özünə örnək sayırdı. Mən “Ölən dünyam” əsərini hər dəfə bir araşdırmaçı kimi vərəqləyərkən yazıçını yenidən kəşf edirəm”.

Çıxışlarda İsmayıl Şıxlının bədii irsinin və şəxsiyyətinin müxtəlif aspektləri ilə bağlı fikirlər söylənib, onun xarakterinə işıq salan xatirələr səsləndirilib.

Bütün iştirakçılara minnətdarlığını bildirən yazıçının oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri, yazıçı-publisist Elçin Şıxlı deyib ki, bu il İsmayıl Şıxlının 100 illiyidir və bununla bağlı bir sıra tədbirlər keçirilır. Mədəniyyət Nazirliyi yazıçının son romanı olan “Ölən dünyam” əsərinin rus dilində çapını hazırlayır. ARB televiziyası tərəfindən film çəkilib və hazırda montaj işləri gedir. Qazax İcra Hakimiyyəti tərəfindən İsmayıl Şıxlı haqqında xatirələr kitabı nəşr olunacaq.

Tədbirdə İsmayıl Şıxlı yaradıcılığına dair məruzələr dinlənilib, geniş fikir mübadiləsi aparılıb. /azertag.az/

# 3080 dəfə oxunub

Oxşar xəbərlər

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

18:39 4 fevral 2026
"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

17:13 4 fevral 2026
Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

16:50 4 fevral 2026
Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

16:00 4 fevral 2026
Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

14:50 4 fevral 2026
Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

14:30 4 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər