Aktrisaların zorlanmasının qarşısı belə alınacaq

Aktrisaların zorlanmasının qarşısı belə alınacaq
8 fevral 2018
# 13:43

Amerika prodüserlər gildiyası kino sənayedə seksual təcavüzlə mübarizə aparmaq üçün “tövsiyələr” dərc edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Hollivud bu yolla 2017-ci ilin oktyabrında nüfuzu prodüser Xarvi Vaynşteynlə bağlı qalmaqaldan sonra diqqət mərkəzinə gələn təcavüz problemini həll etmək istəyir.

Yeni qaydalarla çəkiləcək ilk film 2019-cu ildə ekranlara çıxacaq “Möcüzə-qadın2” filmi olacaq.

Sənəd üzərində prodüserlər gildiyasının işləməsinə baxmayaraq, tövsiyyələr yalnız prodüserl\ərə deyil, kinoprosesin bütün iştirakçılarına, o cümlədən aktyorlara da aiddir.

Mətn üç aya hazırlanıb. Qaydalar üç hissədə təsnif olunub: seksual təcavüzü necə müəyyən etmək olar, onun qarşısının alınmasına tövsiyələr və prodüserlər, şahidlər və qurbanlar üçün protokollar.

Ən mübahisəli hissə əlbəttə ki, birinci hissədir: nəyi təcavüz saymaq lazımdır. Çünki son 5 ayda təcavüz sözü Hollivudun sayəsində daha genişlənib. Bura faktiki fiziki zorakılıqdan tutmuş çəp baxmalar, yersiz komplimentlər daxil olub.

Prodüserlər gildiyasındakı mütəxəssislər bu subyektiv anlayışı ümumiləşdirmək üçün belə bir formul tərtib ediblər: “əgər iş əldə etmək, işdə vəzifənin böyüdülməsi və digər peşə uğurları seksual xarakterli əməllərdə iştirakdan asılıdırsa, və yaxud kimsə romantik və intim münasibətlərdən imtina etdiyi üçün gəlirdən mərhum edilirsə”.

Oradakı bir bənd isə çaşqınlıq yaradır: “Siz birbaşa sizə yönəlməsə belə, seksual təcavüzün qurbanı ola bilərsiniz”. Bununla təcavüz obyekti olmayan şəxs belə təcavüzdə ittiham edə bilər.

Nümunə olaraq, “hörmətsiz şərhlər” “yersiz toxunmalar”, “Seksə işarə edən vizual təsvirlər jestlər, və ya açıq-saçıq təsvirlərin nümayişi” və “mətnaltı seksual ismarıcı” olan zarafatlar göstərilir.

Şərhçilər bu ümumiləşdirmənin şəxsi haqq-hesab çürütməkdə alət olacağını düşünürlər.

Bundan başqa tövsiyələrdə çəkiliş prosesində sağlam atmosferin yaradılmasına cavabdeh kimi prodüserlər göstərilir. Bunun üçün layihəni başlamazdan əvvəl kino işçiləri üçün seksual təcavüz əleyhinə treninqlər və brifinqlər təşkil edilməsi tövsiyə olunur.

Bütün bu təbliğati və təşviqati işləri nəzərdən keçirəndə bir sual da açıq qalır: Bəs bütün bunlarla məşğul olan prodüser bilavasitə kino ilə nə zaman məşğul olsun?

# 1922 dəfə oxunub

Oxşar xəbərlər

Osman Həmdi Bəyin məşhur əsəri 131 ildən sonra ilk dəfə satışa çıxarıldı

Osman Həmdi Bəyin məşhur əsəri 131 ildən sonra ilk dəfə satışa çıxarıldı

18:24 12 mart 2026
Xəlil Köçərli vəfat etdi

Xəlil Köçərli vəfat etdi

17:51 12 mart 2026
Rusiyada teleqram VPN-lə də işləməyəcək

Rusiyada teleqram VPN-lə də işləməyəcək

17:38 12 mart 2026
Əkbər Qoşalının məqaləsi Ankarada çıxan “Yüce Erek” jurnalında

Əkbər Qoşalının məqaləsi Ankarada çıxan “Yüce Erek” jurnalında

15:05 12 mart 2026
Süni intellektlə foto, video hazırlayıb yaymaq cinayət məsuliyyəti yaradacaq

Süni intellektlə foto, video hazırlayıb yaymaq cinayət məsuliyyəti yaradacaq

15:00 12 mart 2026
Süleyman Rüstəm məşhur yazıçını necə aldatdı? - Ədəbiyyatın pərdəarxası

Süleyman Rüstəm məşhur yazıçını necə aldatdı? - Ədəbiyyatın pərdəarxası

14:50 12 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər