Bakıda Latviyalı rəssamın sərgisi keçirildi

Bakıda Latviyalı rəssamın sərgisi keçirildi
3 may 2019
# 16:40

Müasir İncəsənət Muzeyində latviyalı qadın rəssam İveta Vetsenanenin "Müasir incəsənət zövqü. Kəhrəba saplardan dalğalar” adlı fərdi sərgisinin açılışı olub.

Açılış mərasimində çıxış edən Latviyanın ölkəmizdəki səfiri Yuris Maklakovs sərginin 3-cü Imagine Europe tolerantlıq festivalı çərçivəsində keçirildiyini qeyd edib. O əlavə edib ki, Latviya Respublikasının 100 illiyinə həsr edilmiş festival mayın 1-dən 14-dək davam edəcək.


Qeyd olunub ki, sərgidə 20-dən çox qobelen təqdim edilib. Sərginin eksponatları sırasında kəhrəba saplarla işlənmiş və əvvəllər heç bir yerdə nümayiş etdirilməyən qobelenlər var.

İveta Vetsenane 1962-ci il sentyabrın 24-də Riqada dünyaya gəlib. Rəssam 1988-ci ildə Latviya Rəssamlıq Akademiyasını toxuculuq sənəti ixtisası üzrə bitirib. Gözəl rəssam və xeyirxah insan olan İveta müxtəlif sahələr üzrə çalışır, populyar jurnallar üçün məqalələr, uşaq kitabları yazır və onlar üçün illüstrasiyalar hazırlayır. O, 1996-cı ildən Latviya Rəssam-Toxucular Assosiasiyasının üzvüdür.


İveta Vetsenane özündən bəhs edərkən qeyd edir ki, hələ uşaqlıqdan təbiət vurğunu olub. Böyük və əhatəli əsərlər yaratmağı xoşlayır. Onun son yeniliyi kəhrəba liflərin qobelendə istifadəsidir. Bu sapları isə kəhrəba və poliamid tozlarının qarışığından əldə edirlər.


Rəssam 1986-cı ildən Latviya, Estoniya, Litva, Çexiya, Finlandiya, Rusiya, ABŞ, Almaniya, Lüksemburq, İtaliya, Ukrayna və digər ölkələrdə keçirilən müxtəlif sərgilərdə iştirak edir. Onun əsərləri Latviya Milli Rəssamlıq Muzeyində, digər Baltik ölkələrinin muzeylərində və fərdi kolleksiyalarda saxlanılır. /azertag.az/

# 4225 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər