Adil Cəmilin 65 illik yubileyi qeyd edilib

Adil Cəmilin 65 illik yubileyi qeyd edilib
17 oktyabr 2019
# 18:40

Oktyabrın 17-də Beynəlxalq Mətbuat Mərkəzində Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru, tanınmış şair Adil Cəmilin 65 illik yubileyi qeyd olunub.

Tədbir Azərbaycan Mətbuat Şurası və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov yubilyarın həyat və yaradıcılığından söz açıb: “Mənə elə gəlir ki, Kəlbəcərdə doğulub şair olmamaq günah olar. Adil Cəmil həm də bir çox filmlərin tərcüməçisidir”.

Sonra yubilyara Mətbuat Şurasının diplomu təqdim edilib.

Xalq şairi Sabir Rüstəmxanlı A.Cəmili 40 ildən çoxdur tanıdığını bildirib. Qeyd edib ki, onun şeirləri sevgi, təbiətə bağlılıq, yurd, Vətən sevgisi üzərində qurulub.

Tədbirdə A.Cəmilin təhsil aldığı Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin müəllimi Nəsir Əhmədli çıxış edib. O, yubilyarın tələbəlik illərindən söz açaraq bildirib ki, BDU-da ilk dəfə müəllim kimi məhz A.Cəmilin də olduğu tələbələrin kursunda mühazirə oxuyub. N.Əhmədli tələbələrinin yubiley mərasimlərində iştirak etməyin müəllim üçün ən böyük xoşbəxtlik olduğunu vurğulayıb.

Tədbirdə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxışında birliyin sədri Qənbər Qurbanovun salamlarını çatdırıb. O, yubiley mərasiminin keçirilməsində təşkilatçılıq etdiyi üçün Mətbuat Şurasına təşəkkürünü bildirib. Qeyd edib ki, Adil Cəmil istedadlı şair olmaqla yanaşı, həm də istedadlı jurnalistdir.

H.Misirov "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin fəxri diplomunu Adil Cəmilə təqdim edib və ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra "Azərnəşr"in baş redaktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov, qocaman şair Ramiz Məmmədov və digərləri çıxış edərək yubilyarın həyat və yaradıcılığından söz açıblar.

Tədbirdə yubilyarın qələm dostları çıxış edərək ona yeni-yeni yaradıcılıq uğurları arzulayıblar. /azertag.az/

# 2495 dəfə oxunub

Oxşar xəbərlər

Yüz il əvvəl, yüz il sonra: Türkologiya Konqresi - Orxan Aras

Yüz il əvvəl, yüz il sonra: Türkologiya Konqresi - Orxan Aras

15:00 22 mart 2026
Sevdiyinin doğum günündə vəfat edən sənətkar - O, sonuncu dəfə kimə zəng etmişdi?

Sevdiyinin doğum günündə vəfat edən sənətkar - O, sonuncu dəfə kimə zəng etmişdi?

14:00 22 mart 2026
"Acgöz kişilərin bədənin haqqında yazdığı şərhlər..." - Yazıçı Nigar Camalı sərt tənqid etdi

"Acgöz kişilərin bədənin haqqında yazdığı şərhlər..." - Yazıçı Nigar Camalı sərt tənqid etdi

12:30 22 mart 2026
Güney Azərbaycanda Novruz adətləri  -  Təbrizdəki "təkəmçilik" ənənəsi necə formalaşıb?

Güney Azərbaycanda Novruz adətləri - Təbrizdəki "təkəmçilik" ənənəsi necə formalaşıb?

12:00 22 mart 2026
Avropa Teatr Tərcümə Şəbəkəsi seçim prosesinin nəticələrini açıqladı

Avropa Teatr Tərcümə Şəbəkəsi seçim prosesinin nəticələrini açıqladı

10:30 22 mart 2026
Novruz bayramı filmlərimizə necə salındı? - Tarixçə

Novruz bayramı filmlərimizə necə salındı? - Tarixçə

15:00 21 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər