Dövlət xidməti hekayə müsabiqəsi elan edib

Dövlət xidməti hekayə müsabiqəsi elan edib
2 sentyabr 2019
# 11:40

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hekayə müsabiqəsi elan edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətənpərvərlik mövzusunda hekayə müsabiqəsi elan edib.

Kulis.azın məlumatına görə, müsabiqə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibəti ilə keçirilir.

Müsabiqənin şərtləri aşağıdakı kimidir:

Təqdim olunan hekayələrin mövzusu hərbi vətənpərvərlik ideyasının təbliği, gənclər arasında hərbi xidmətə çağırış ruhunun yüksəldilməsi və cəmiyyətdə səfərbərlik hazırlığının aşılanması istiqamətində olmalıdır;

Müsabiqəyə təqdim olunmuş hekayə yeni əsər olmalı, əvvəllər heç bir yerdə çap edilməməlidir;

Hər bir iştirakçı müsabiqəyə 1 hekayə təqdim edə bilər;

Hekayənin həcmi 10000 (on min) işarəyədək (probellə) olmalıdır;

Müsabiqəyə təqdim olunan hekayələr təbliğat, maarifləndirmə məqsədi ilə Xidmətin nəşrlərində istifadə edilə bilər;

Müsabiqə üçün hekayələr 2019-cu ilin sentyabr ayının 2-dən 2019-cu ilin dekabr ayının 15-dək elektron formada [email protected] ünvanına göndərilməlidir. Müəllifin özü haqqında məlumatları (adı, soyadı, atasının adı, yaşadığı ünvan, iş yeri) və əlaqə nömrələrini göstərməsi zəruridir;

Müsabiqədə 29 yaşadək gənclər iştirak edə bilər.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:

Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binası.

# 6004 dəfə oxunub

Oxşar xəbərlər

Belə bir ölkəyə altı qol vurub sevinmək utanc hissini itirməkdir... - Nihat Pir

Belə bir ölkəyə altı qol vurub sevinmək utanc hissini itirməkdir... - Nihat Pir

15:00 28 mart 2026
Şəhər sakinləri kərgədanlara çevriləndə... - İonesko faşizmi necə ifşa etmişdi?

Şəhər sakinləri kərgədanlara çevriləndə... - İonesko faşizmi necə ifşa etmişdi?

14:00 28 mart 2026
"Belə adamlara ziyalı kimi baxanlar da bambılıdır" - Ulucay Akif

"Belə adamlara ziyalı kimi baxanlar da bambılıdır" - Ulucay Akif

12:25 28 mart 2026
“Ulduz müharibələri”ndəki başlıq rekord qiymətə satıldı

“Ulduz müharibələri”ndəki başlıq rekord qiymətə satıldı

11:50 28 mart 2026
Qəni Camalzadə:  "Süni yazı oxucuya təsir etmir" - Müsahibə

Qəni Camalzadə: "Süni yazı oxucuya təsir etmir" - Müsahibə

11:35 28 mart 2026
Yenə yağış, yenə su altında qalan Bakı... - Məsul qurumlar hara baxır?

Yenə yağış, yenə su altında qalan Bakı... - Məsul qurumlar hara baxır?

11:00 28 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər